Yar Çallı — Vikipediya

Şəhər
Yar Çallı
Набережные Челны
Яр Чаллы
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
55°43′ şm. e. 52°22′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1626
Sahəsi
  • 171 km²
Mərkəzin hündürlüyü 100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 533.839 nəf. (2020)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8552
Poçt indeksi 423800–423899
Digər
nabchelny.ru
Xəritəni göstər/gizlə
Yar Çallı xəritədə
Yar Çallı
Yar Çallı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər.

Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır. Bununla belə 1988-ci ildə şəhərin əvvəlki adı geri qaytarılmışdır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Şəhər Tukayev və Yelabuğ rayonları ilə sərhəddir. Əsas çayları: Kama, Çallı, Şilnadır. Nijnekamska qədər olan məsafə 35 km, Kazana kimi olan məsafə 237 km-dır.

İqlimi[redaktə | mənbəni redaktə et]

İqlimi mülayim, mülayim-kontinentlar və kontinentaldır. İllik temperatur amplitudası yüksəkdir. Qışı uzun və sərt olmaqla 5 aya qədər davam edir. Noyabrdan martadək orta temperatur 0 dərəcədən aşağı olur. Yanvar ayı ən soyuq ay hesab edilir. Yayı isti olmaqla üç ay davam edir. Yayda orta temperatur +15 dərəcədən yuxarı olur. Ən isti ay iyuldur. Yağıntı il boyu bərabər paylanır. Bununla belə yayda və payızda yağıntılar qismən artır.

Nijnekamsk su anbarı şəhərin havasının daim rütubətli olmasını təmin edir. Yağıntıların orta illik miqdarı 652 mm-dır. Orta illik temperatur +4.0 °C, küləyin orta illik sürəti 4.6 m/s, havanın illik rütubətliliyi 79% təşkil edir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhali sayı 508 700 nəfər (2009-cu il) Tatarıstan əhalisinin 13,5 % -ni təşkil edir, Rusiya şəhərləri arasında 31-ci yerdədir.

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://web.archive.org/web/20200822004543/https://rosstat.gov.ru/storage/mediabank/CcG8qBhP/mun_obr2020.rar.
  2. "Новости: Пресс-служба > Из Ляочен — в Набережные Челны". 2010-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]