Nağara — Vikipediya

Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:

Coşdu qurd gönündən olan nağara,

Dünyanın beynini gətirdi zara. [1]

Söz açımı[redaktə | mənbəni redaktə et]

"Nağara" ərəbcə "vurmaq" deməkdir [2]" [3]

Quruluşu[redaktə | mənbəni redaktə et]

Nağara 5 hissədən ibarətdir:

  1. Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir.
  2. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir.
  3. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır.
  4. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir.
  5. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur. Ölçü böyüdükcə nağaranın aşıqlarının sayı artır.

Çalınma qaydası[redaktə | mənbəni redaktə et]

Nağaranın çalğı forması zamanı istifadə olunan əl zərbələri (alt əl və üst əl):[redaktə | mənbəni redaktə et]

  • Bəm zərbə (orta) - əlin orta hissəsiylə (ovuc) vurulan zərbəyə bəm zərbə deyilir.
  • Zil zərbə (qıraq) - Əlin qıraq hissəsiylə (ovucla barmaqların kəsişdiyi hissə) vurulan zərbəyə zil zərbə deyilir.
  • Lal zərbə - Barmaqların uc hissəsiylə vurulan zərbəyə lal zərbə deyilir.
  • Çırtma - İki barmağın bir birinə sürtünərək nağaraya dəyməsi ilə yaranan zərbəyə çırtma deyilir.[4]

Yeni çalğı forması və bu çalğı forması zamanı istifadə olunan yeni əl zərbələri ilk dəfə Natiq Şirinov tərəfindən yaradılmışdır.[redaktə | mənbəni redaktə et]

Əlifbası[redaktə | mənbəni redaktə et]

Zərbələrin ağızda səslənişi: Nağarada vurulan zərbələrin ağızda səslənişi ilk dəfə Natiq Şirinov tərəfindən ifa olunmuş və nağara dərsliyinə salınmışdır.

  • Bəm zərbə (alt əl) - DUM
  • Bəm zərbə (üst əl) - QUM
  • Zil zərbə (alt əl) - DAK
  • Zil zərbə (üst əl) - QAK

Qeyd:[redaktə | mənbəni redaktə et]

Ritm sürəti artdıqda deyilişi asanlaşdırmaq üçün zərbə sonundakı M, K hərfləri ixtisar olunur. Məsələn; DUM DUM - DUDUM / DAK DAK - DADAK 

Növləri[redaktə | mənbəni redaktə et]

Qədim[redaktə | mənbəni redaktə et]

  • Saxsı nağara (Azərbaycanın ən qədim nağarası)
  • Cürə nağara
  • Kos nağara
  • Rəqs nağarası
  • Toy nağarası
  • Çombaq nağara
  • Qoşa nağara

Müasir (İlk dəfə Natiq Şirinov tərəfindən yaranmış yeni nağaralar)[redaktə | mənbəni redaktə et]

  • Dəyirmili bas nağara /yaranma tarixi:2ooo-ci il
  • Tək üzlü bas nağara
  • Yarım tək üzlü bas nağara
  • Zəng bas nağara
  • Qoşa bas nağara
  • Böyük bas nağara
  • Şəbəkə nağara
  • Üçlük nağara
  • 1 metr diametrli nağara
  • 2 metr diametrli nağara
  • 2 tonluq nağara

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan ənənəvi musiqi atlası - Qoşa nağara". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  2. "Arxivlənmiş surət". 2017-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  3. "Maks Fasmer. Rus dilinin etimoloji sözlüyü - Baraban". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  4. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Nağara Arxivləşdirilib 2021-07-28 at the Wayback Machine