Nəsiman Yaqublu — Vikipediya

Nəsiman Yaqublu
"M.Ə.Rəsulzadə Ensiklopediyası"nın təqdimatı, 17 may 2013
"M.Ə.Rəsulzadə Ensiklopediyası"nın təqdimatı, 17 may 2013
Doğum tarixi 1962
Doğum yeri
Təhsili Bakı Dövlət Universiteti
İxtisası Tarixçi
Fəaliyyəti tarix elmləri doktoru,professor
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub[1]. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub[2].

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir[1].

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərir[1].

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib[1].

2001-ci ildə “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə “Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib[2].

2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26-29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib[2].

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür[1].

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkilərində Nəsiman Yaqublu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 12-ci sırada olmuşdur.[3] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Nəsiman Yaqublu isə deputat seçilə bilməmişdir.[4][5]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990;
  • Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991;
  • Xocalı qırğını. Bakı: Azərnəşr, 1992;
  • Türkün Qızıl kitabı, 3 cilddə(L. Şüküroğlu ilə birlikdə),"Yazıçı" nəşriyyatı,1992–1993-cü illər.
  • Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası. Bakı, Adiloğlu,1997.
  • Müsavat partiyasının tarixi. Bakı: Ay-Ulduz, 1997;
  • Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə. Bakı: "TS" firmasının mətbəəsi, 2001;
  • Azərbaycan legionerləri. Bakı: Bakı Universitetinin Nəşriyyatı, 2002;
  • Azərbaycan legionerləri. Bakı: Çıraq, 2005;
  • Xarici ölkələrin jurnalistikası. Bakı: Adiloğlu, 2007 (həmmüəllif);
  • Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı: Adiloğlu, 2007;
  • Bakının qurtuluşu. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Abşeron Nəşr, 2009;
  • Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi. Bakı: Abşeron Nəşr, 2009;
  • Azərbaycanda yaşayan milli azlıqların nəşrləri. Bakı: Elm və təhsil, 2010;
  • Azərbaycan Mətbuat tarixi antologiyası,3 cilddə.(prof. Ş. Vəliyevlə birgə),2010(1-ci cild,1875–1920-ci illər Azərbaycan mətbuatı))),2011(2 cild, Mühacirət dövrü mətbuatı) 2013(3-cü cild, sovet dövrü mətbuatı)
  • Bakının qurtuluşu. Bakı: Elm və təhsil, 2010;
  • Azərbaycan mühacirət irsi. Bakı: Elm və təhsil, 2011;
  • "Kaspi" qəzetinin yaranması və fəaliyyəti. Bakı: Qanun, 2011;
  • Qafqaz İslam ordusu və Nuru paşanın Azərbaycanda izləri. Bakı: Adiloğlu, 2012;
  • Xocalı soyqırımı. Bakı: Elm və təhsil, 2012;
  • Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012;
  • Biz o yurdlara qayıdacağıq (material. topl. nəşrə haz. N. Yaqublu). Bakı: QHT Nəşriyyatı, 2013;
  • Azərbaycanın ilk qeyri-hökümət təşkilatları (materialları hazırlayan və elmi red. N. Yaqublu). Bakı: Elm və təhsil, 2013;
  • Qafqaz İslam ordusunun Azərbaycanda. Bakı: "OL" MMC, 2013;
  • Ermənilər türklərə qarşı (Rusiya arxivlərinin izi ilə). Bakı: E. L, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: "OL" MMC, 2013;
  • Azərbaycan mühacirət mətbuatı (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Bakı: Mütərcim, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya (materialları toplayıb nəşrə haz., giriş sözün müəl. və red. N. Yaqublu). Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: OL NPKT, 2017;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Nurlar, 2018;
  • Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun, 2018;
  • Cümhuriyyət qurucuları. 100 il. Bakı: Nurlar, 2018;
  • Bakının qurtuluşu. Qafqaz İslam ordusu. Bakı: Qanun, 2021;
  • Polyakların Azərbaycanda fəaliyyəti. Bakı, 2022;
  • Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı, 2022;
  • Şuşa ziyalıları. Unudulmuş irs. Bakı, 2022;
  • Azərbaycan mətbuatı: gizli nəşrlər. Bakı, 2023.
  • Məhəmməd Əmin Rəsulzadə."İran yazıları"(mühacirət dövrü). Bakı,2023.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Tanınmış jurnalist, tədqiqatçı-alim Nəsiman Yaqublunun 60 yaşı tamam olur". az.baku-art.com. 2022-02-22. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-26.
  2. 1 2 3 "Nəsiman Qara oğlu Yaqublu" (PDF). khazar.org. İstifadə tarixi: 2023-08-26.
  3. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  4. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  5. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]