Nəriman Quliyev — Vikipediya

Nəriman Quliyev
Nəriman Ağa-Qulu oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi fizikariyaziyyat
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi adları alim,akademik,professor
İş yeri AMEA Fizika İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Tanınır AMEA prezidentinin müşaviri
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
"Şöhrət" ordeni "Qırmızı əmək bayrağı" ordeni"İstiqlal" ordeni

Nəriman Quliyev (28 dekabr 192620 may 2014) — nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır.

Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.

Akademik uzun illər ərzində respublikamızda elmin inkişafına mühüm töhfələr vermiş və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikamızda elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak etmiş və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənmişdir.

Akademik N.Quliyevin həmmüəllifi olduğu “Neytrino” kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılmış ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Akademik uzun illər ərzində SSRİ Elmlər Akademiyasının nüvə fizikası sahəsində Koordinasiya Surasının üzvü olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xidmətlərini nəzərə alaraq 2011-ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif etmişdir.

Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir" (az.). science.gov.az. 20.05.2014, 11:25. İstifadə tarixi: 2014-05-22.[ölü keçid]
  2. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı