Nəbahat Çehrə — Vikipediya

Hilal Nəbahat Çehrə türk. (Nebahat Çehre)
Doğum tarixi (80 yaş)
Doğum yeri Samsun, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Həyat yoldaşı Yılmaz Güney
Atası İzzət Çehrə
Anası Müzeyyən Çehrə
Fəaliyyəti Aktrisa, müğənni, model
Fəaliyyət illəri 1960-bu günədək
IMDb ID0959872
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası.

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır. Nəbahat Çehrənin "Büklüm büklüm" adlı mahnısı məşhurdur. Bəstəsi Sezen Aksuya aid olan bu mahnı haqqında Çehrə "1980-ci illərdə hörmətli Sezen Aksuya aid olan mahnını səsləndirdim. Hazırladığım albom və oxuduğum mahnı birinci yerə yüksəldi" demişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Yaban gülüm (1961)
  • Memnu Meyva (1962)
  • Məchula gedənlər (1962)
  • Gümüş boyunbağı (1962)
  • Eşq gözləyir (1962)
  • Acı həyat (1962)
  • Qanun qanundur (1962)
  • Əsir quş (1962)
  • Sevimli serseri (1962)
  • İki Vətənli qadın (1963)
  • Çiçəksiz bağça (1963)
  • Barıt çəlləyi (1963)
  • Avanta Kamal (1964)
  • İki il məktəb tətili (1964)
  • Gözəllər qumsalı (1964)
  • Nəhəng adam (1964)
  • Kral dostum (1964)
  • Bağışlamayan qadın (1964)
  • Kamalı Zeybək (1964)
  • Ləkəli eşq (1964)
  • Dağ başını duman almış (1964)
  • Dağların oğlu (1965)
  • Silaha and içmişdim (1965)
  • Sürücünün qızı (1965)
  • Qardaş bəlası (1965)
  • Mələk üzlü canilər (1965)
  • Silahların səsi (1965)
  • İçimizdəki boşluq (1965)
  • Doqquz canlı adam (1965)
  • Aslanların qayıdışı (1966)
  • Yalnız adam (1966)
  • İntiqam fırtınası (1966)
  • Böyük intiqam (1966)
  • Döyüşmək şərt oldu (1966)
  • Əşrəfpaşalı (1966)
  • Yeddi dağın aslanı (1966)
  • Fəlakət quşu (1967)
  • Çirkin kral bağışlamaz (1967)
  • Hacı Murad gəlir (1968)
  • Qorxusuz qərib (1968)
  • Eşqlərin ən gözəli (1968)
  • Qızıl maska (1968)
  • Torpağın gəlini (1968)
  • Zorronun intiqamı (1969)
  • Zorronun qara qamçısı (1969)
  • Bəxtsiz gəlin (1969)
  • Sürgünlər (1969)
  • Çirkli üzlü mələk (1969)
  • Tikanlı həyat (1969)
  • Çılğınlar cəhənnəmi (1969)
  • Ölüm şərt oldu (1969)
  • Aprel yağışı (1969)
  • Namus fədaisi (1969)
  • Bir çirkin adam (1969)
  • Adsız cəngavər (1970)
  • Yaşamaq üçün öldürəcəksən (1970)
  • Günahsız qatillər (1970)
  • Əcəlin kölgəsində (1970)
  • Ana kimi yar olmaz (1970)
  • Sürgündən gəlirəm (1971)
  • İntiqam qartalları (1971)
  • Alçaqlar cəhənnəmə gedər (1972)
  • Eyni yolun yolçusu (1972)
  • Beş toyuq bir xoruz (1974)
  • Yarış (1975)
  • Günəşdəki ləkə (1986)
  • Köhnə sevdalar kimi (1987)
  • Yaşamaq (1988)
  • Yeni həyat (2001)
  • Gülüm (2002)
  • Zalım (2002)
  • İyun gecəsi (2004-2006)
  • Candan ötə (2006)
  • Dünən gecə bir yuxu gördüm (2006)
  • Payız sancısı (2008)
  • Aşk-ı Memnu (2008-2010)
  • Möhtəşəm əsr (teleserial, 2011) (2011-2012)
  • EŞQ (2013)
  • Haram pul və eşq (2014)
  • Qanlı Yanvar (film, 2015)
  • Yuvamdakı düşmən
  • İstinadlar[redaktə | mənbəni redaktə et]