Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) — Vikipediya

Nə yaxşı ki, dünyada Səməd Vurğun var
Janr bioqrafik
Rejissor Yalçın Əfəndiyev
Ssenari müəllifi İsmayıl Şıxlı
Operator Zaur Məhərrəmov
Bəstəkar Aqşin Əlizadə
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1976
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1976
Texniki məlumatlar 5 hissə
1354 metr
genişekranlı
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmişdir.

Kinooçerk poetik formada görkəmli şairin həyat və yaradıcılığından söhbət açır.

Film şairin qələm dostlarının — Nikolay Tixonovun, Konstantin Simonovun, Rəsul Həmzətovun, Osman Sarıvəllinin, Aşıq Şəmşirin xatirələri üzərində qurulmuşdur. Filmdə aktyorlardan Əliabbas QədirovYusif Vəliyev iştirak edirlər.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

  1. 1976-cı ildə — Filmin yaradıcılarından İsmayıl Şıxlı, Yalçın ƏfəndiyevZaur Məhərrəmov Azərbaycan Komsomolu mükafatına layiq görülmüşdür.
  2. 1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı — Azərbaycan şairi Səməd Vurğunun həyat və fəaliyyəti haqqında publisistik hekayətə görə filmə münsiflər heyətinin Diplomu verilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: İsmayıl Şıxlı
Operator: Zaur Məhərrəmov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əfəndiyev, Y. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var...” [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı film haqqında] //Azərbaycan.- 1976.- 1 sentyabr.- səh. 133-137.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.