Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi — Vikipediya

Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT)
Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi
Müqavilənin tipi Silahlara nəzarət
İmzalanma tarixi 5 avqust 1963
İmzalanma yeri SSRİ, Moskva
Qüvvəyə minməsi 10 oktyabr 1963
İmzalayanlar 126 dövlət (10 dövlət sadəcə olaraq imzalayıb)
Dili çex dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT)Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır.

Müqavilə, SSRİ, Birləşmiş KrallıqABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.