MyAnimeList — Vikipediya

MyAnimeList
Loqonun şəkli
URL myanimelist.net
Kommersiya Bəli
Tipi animemanqa məlumat bazası
Qeydiyyat siyahılar yaratmaq, forumlarda iştirak etmək və reytinqlər əlavə etmək üçün məcburi
Dilləri ingilis
Sahibi Media Do[1][2]
Açılma tarixi 6 aprel 2006 (18 il əvvəl) (2006-04-06)
Hazırkı statusu Aktiv
Şüar Nə qədər animeyə baxmısan?
Alexa reytinqi 436 (2 mart 2019)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası.[3] 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.[4]

Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var.[5] 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir.[6]

Tarix[redaktə | mənbəni redaktə et]

Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi.[7]

Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı. 2007-ci ildə Qissler manqa başlıqlarının da məlumat bazasına əldə edilməsini zəruri hesab etmiş və bir neçə ay sonra bu xüsusiyyət sayta əlavə edilmişdir.[8] 2007-ci ilin fevralında personaj məlumat bazası da əlavə edilmişdir.[9] 2008-ci ilin aprelində səs aktyorları ilə yanaşı manqa müəlliflərini və istehsalçı komanda üzvləri də məlumat bazasına əlavə olunmağa başlamışdır.[10] Veb-nəşriyyat CraveOnline 2008-ci ilin avqustunda saytı 1 milyon ABŞ dolları qarşılığında satın almışdır.[3][11]

2015-ci ilin yanvarında Yaponiya mobil tətbiq istehsalçısı DeNA MyAnimeList saytını CraveOnline-dan almışdır, lakin bu dəyişiklik bir neçə ay anons edilməmişdir.[12] Daha sonra DeNA Anime Consortium Japan əməkdaşlıq edərək Daisuki vasitəsilə animeləri MyAnimeList-də yayımlayacağını açıqlamışdır. MyAnimeList-də yayımlanan ilk animelər "The Idolmaster Cinderella Girls""God Eater" olmuşdur.[13]

2017-ci ilin aprelində saytın verilənlər bazasına "The King's Avatar" əlavə olunmuşdur. Bu sayta əlavə olunan ilk Çin animesidir.[14]

8 mart 2018-ci ildə MyAnimeList Kodansha ComicsViz Media ilə əməkdaşlıq edərək öz onlayn manqa mağazasını açmış və istifadəçilərinə saytından manqa oxumağa imkan yaratmışdır. Xidmət əvvəlcə Kanadada açılmış, lakin daha sonra ABŞ, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə aktiv olmuşdur.[15]

2018-ci ilin may və iyun aylarında sayt təhlükəsizlik problemlərini həll etmək məqsədilə bağlanmışdı.[6][16]

MyAnimeList 2019-cu ilin yanvarında Media Do tərəfindən satın alınmışdır.[17][18]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

İstifadəçilər anime və manqa siyahıları yarada, müxtəlif forumlarda iştirak edə, klublara üzv ola, müxtəlif xəbərlərlə və məqalələrlə tanış ola, anime və manqalara qiymət verə bilərlər.[3] Anime və manqaları qiymətləndirmək üçün 10 ballıq şkaladan istifadə olunur. İstifadəçilərin verdikləri ballar sayəsində reytinq siyahıları tərtib olunur.[7] MyAnimeList-in məlumat bazası könüllülər tərəfindən zənginləşdirilir. Qeydiyyatdan keçmiş istifadəçi məlumat bazasında dəyişiklik etmək hüququna malik olur.[7] Məlumat bazası 4 kateqoriyadan ibarətdir: anime, manqa, personaj və şəxs. Yaponiya animeləri ilə yanaşı, Koreya və Çin animeləri də əlavə olunur. Ranobe, manhua, manhva və docinşilər manqa kateqoriyasına daxil edilir.

İngilisdilli "Japanzine" jurnalı MyAnimeList-i "2008-ci ildə vebin ən yaxşısı" kimi göstərmişdir.[19] "Maria the Virgin Witch" animesinin seyyuları MyAnimeList haqqında müsbət rəylər bildirmişdirlər.[20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "MyAnimeList". Crunchbase (ingilis). 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
  2. 株式会社メディアドゥホールディングス. "» 米国子会社による米国MyAnimeList社の買収に関するお知らせ". 株式会社メディアドゥホールディングス (yapon). 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
  3. 1 2 3 "CraveOnline Acquires MyAnimeList - World's Largest Anime & Manga Social Networking Site" (Press-reliz). Anime News Network. August 4, 2008. 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  4. "DeNA and Anime Consortium Japan to Stream Anime Through MyAnimeList" (Press-reliz). Anime News Network. July 16, 2015. 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  5. "CraveOnline Buys Manga Social Net MyAnimeList". CBS News (ingilis). CBS Interactive. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04. (#apostrophe_markup); (#apostrophe_markup)
  6. 1 2 Orsini, Lauren. "MyAnimeList Passes Third Day Of Unexpected Downtime". Forbes (ingilis). 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  7. 1 2 3 "Exclusive Interview with the Founder of MyAnimeList, a Colossal Site with 120 Million Monthly PVs". Tokyo Otaku Mode. July 6, 2015. July 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  8. "What, a MyMangaList?". MyAnimeList. February 2, 2007. October 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2016.
  9. "Character Pages Live". MyAnimeList. February 14, 2007. October 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2016.
  10. "People Database Online, Plus Other Features". MyAnimeList. April 26, 2008. October 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2016.
  11. "CraveOnline Acquires MyAnimeList Social Network". MediaPost Communications. August 5, 2008. October 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  12. "DeNA Confirms MyAnimeList Buyout". Anime News Network. July 19, 2015. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  13. "DeNA, ACJ to Stream Anime on MyAnimeList Site". Anime News Network. July 16, 2015. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  14. "Famous Chinese animation The King's Avatar picking up steam among anime fans around the globe - Global Times". www.globaltimes.cn. Global Times. 2018-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18. (#apostrophe_markup)
  15. Pineda, Rafael Antonio. "MyAnimeList Opens Manga Store with Titles From Viz, Kodansha". Anime News Network. March 15, 2018. June 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.
  16. "Wait, What's Wrong With MyAnimeList?". Comic Book.com (ingilis). 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04. (#apostrophe_markup)
  17. "Media Do Acquires MyAnimeList Website". Anime News Network (ingilis). 2019-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
  18. 株式会社メディアドゥホールディングス. "» 米国子会社による米国MyAnimeList社の買収に関するお知らせ". 株式会社メディアドゥホールディングス (yapon). 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
  19. "Best of the Web '08". Japanzine. February 29, 2008. December 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  20. "キャスト陣トークも満載! 「純潔のマリア」完全版オールナイト上映会" (Japanese). AnimeAnime.jp. August 25, 2015. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]