Muxtar İbadov — Vikipediya

Muxtar İbadov
Fayl:Muxtar İbadov.jpg
Doğum tarixi
Doğum yeri Ağkilsə, Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989

Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989).

Həyatı[redaktə | mənbəni redaktə et]

Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur.

Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.

Uzun sürən ağır xəstəlikdən sonra 23 sentyabr 2013-cü ildə 58 yaşında vəfat etmişdir[1].

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bəyaz həyat (film, 2003)
  2. Bir anın həqiqəti (film, 2003)
  3. Bir mahnının işığı (film, 2002)
  4. Bütün qadağaların fövqündə (film, 2002)
  5. Cavid ömrü (film, 2007)
  6. Çarpaz bucaqlar arasında (film, 2002)
  7. Daşları dindirən alim (film, 2001)
  8. Günorta qatarı (film, 2003)
  9. Hökmdarın taleyi (film, 2008)
  10. İki xalqın oğlu (film, 2004)
  11. İşığımız sönməyəcək (film, 2003)
  12. Könlün fəsilləri (film, 2001)
  13. Köpək (film, 1994)
  14. Qəlbin ay işığı (film, 2002)
  15. Qətl günü (film, 1990)
  16. Qürbət eskizləri (film, 2003)
  17. Sarı gəlin (film, 1998)
  18. Şimşəklər kimi (film, 2003)
  19. Şöhrət, yaxud unudulan adam (film, 2003)
  20. Tale yolu (film, 2003)
  21. Tilsim (film, 2005)
  22. Ümid (film, 1995)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar artist vəfat etdi". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.