Musa Manarov — Vikipediya

Musa Manarov
lak. Муса Маннаров Хираманнул арс
Musa Manarov, 01. 12. 1987.
Musa Manarov, 01. 12. 1987.
Doğum tarixi 22 mart 1951(1951-03-22) (72 yaş)
Doğum yeri
Milliyyəti lak[1][2]
Fəaliyyəti mühəndis, kosmonavt, siyasətçi
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Stara Planina" ordeni "Azadlıq günəşi" ordeni SSRİ əməkdar idman ustası "Georgi Dimitrov" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Manarov (lak. Манаров Муса Хираманнул арс, 22 mart 1951, Bakı) — lak mənşəli[1][2] azərbaycanlı SSRİ pilot-kosmonavtı, ehtiyatda olan polkovnik, Sovet İttifaqı Qəhrəmanı (1988). SSRİ-nin əməkdar idman ustası (1989).

Həyatı[redaktə | mənbəni redaktə et]

22 mart 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Hava Qüvvələrində mayor rütbəsinədək çatmışdır. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur. 1 dekabr 1978-ci ildə kosmonavtlıq dəstəsinə qəbul edilmişdir.

Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 16-cı insandır. 21 dekabr 1987-ci il — 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olmuşdur (365 gün, 22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990 – 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuşdur (175 gün, 1 saat, 50 dəqiqə).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Муса Манаров: «Для того чтобы уважать традиции своего народа, надо быть воспитанным в уважении норм, принятых в обществе вообще»". 1news.az (rus). 23 aprel 2009. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-21. Муса Хираманович, знаю, что вы дагестанец, лакец.
  2. 2,0 2,1 Sultan Laçın. "Azərbaycanlı kosmonavtlar kimlərdir?". anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19. Dağıstan xalqlarından olan lak millətinə mənsubdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • И. А. Маринин, С. Х. Шамсутдинов, А. В. Глушко (составители). Советские и российские космонавты. 1960—2000. М.: ООО Информационно-издательский дом «Новости космонавтики». Под редакцией Ю. М. Батурина. 2001. ISBN 5-93345-003-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]