Muradovlar — Vikipediya

Muradovlar
Titul Bəy
Əcdadı Qatırçı Murad
Qohum soylar Nurubəyovlar, Vəlibəyovlar (II), İsmayılbəyovlar
Mənşəyi Qarapirimli, Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

MuradovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması[redaktə | mənbəni redaktə et]

Bu soyun ulu babası Seyid Vəli Qarapirmlidir. Onun ulu babası Qara Pirim çələbi əfəndi Hacı Qaraman çələbi əfəndi və Balım çələbi əfəndi ilə birlikdə Diyarbəkr yörəsindən gəlib. Seyid Vəlinin Seyid Murad, Seyid Mahmud adlı oğulları vardı.

Seyid Murad Cavanşir mahalının Qarapirim kəndində anadan olmuşdu. Ibrahimxəlil xan Sarıcalı-Cavanşirin öncə qatırçısı, sonra əmiraxuru olmuşdu. Xandan bəylik almışdı. Azərbaycanda işlək olan "Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz" məsəlinin ikinci hissəsi onun adına deyilib.

Soyun tanınmış nümayəndələri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qatırçı Muradın törəmələri (Nuribəyovlar, Vəlibəyovlar, Muradovlar, İsmayılbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.3-25.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]