Muradiyə külliyəsi — Vikipediya

Muradiyə Külliyəsi
Xəritə
40°11′27″ şm. e. 29°02′46″ ş. u.
Ölkə  Türkiyə
Şəhər Bursa
Yerləşir Bursa, Muradiyə məhəlləsi, Sədat küçəsi 16050
Tikilmə tarixi 1425 - 1573
Üslubu İslam memarlığı
Sahəsi
  • 3,142 ha
  • 10,405 ha
Vəziyyəti Bərpa olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muradiyə külliyəsiBursada XV əsrin ilk yarısında inşa olunan külliyə. Osmanlı sultanı II Murad tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, hamam, imarət, çeşmə və banisinin türbəsindən ibarətdir. Külliyənin həyətində bir çox şahzadəsaray mənsubu şəxslərin dəfn edildiyi türbələr var.[1][2]

Əsas binaları[redaktə | mənbəni redaktə et]

Muradiyə məscidi[redaktə | mənbəni redaktə et]

Külliyənin əsas binası olan məscid arxa arxaya iki böyük qübbəli harim (namaz qılmaq üçün ayrılmış hissə) bölümündən və hər iki tərəfində bir qübbədən ibarətdir. Divarlar üç sıra kərpic və bir sıra çay daşından hörülmüşdür. Giriş qapısının üzərindəki ərəbcə yazılan kitabəyə görə məscidin inşa tarixi 1425-ci ilin mayında başlamış və 1426-cı ilin noyabr ayında başa çatmışdır.

İçərisi müxtəlif rəngli çinilərlə bəzədilən məscidin daxili divarı üzərinə dövrün məşhur xəttatları Quran ayələri həkk etmişdir. 1855-ci ildə baş verən zəlzələ səbəbilə məscidin minarəsi dağılmış, divarları zədələnmiş və bu səbəblə rokoko üslubunda yenidən bərpa edilmişdir.[3]

Muradiyə mədrəsəsi[redaktə | mənbəni redaktə et]

Məscidin qərbində yerləşən mədrəsə 16 hücrəsi və səkkizbucaqlı şadırvanı (qübbəli dəstəmaz yeri) olan həyəti ilə klassik orta çağ memarlığına aid əsərdir. Tamamilə çay daşıkərpiclə inşa edilən mədrəsənin hər bir hücrəsində bir ocaq, bir pəncərə və üç niş (divar oyuqları) yerləşir. Divarları tamamilə dağılan mədrəsə 1951-ci ildə bərpa edildi və bu günədək vərəm dispanseri kimi istifadə edilir.

Hamam və imarət[redaktə | mənbəni redaktə et]

Külliyənin ən qərbində və dörd yol ağzında yerləşən hamam üç sıra çay daşı və üç sıra kərpiclə inşa edilmiş, 1986-cı ildə bərpa olunaraq fəaliyyətinə davam etmişdir. Məscidin 20 metr şimal-şərqində yerləşən imarət isə 13m x 40m ölçüsündə olub, tamamilə çay daşından inşa edilmiş, üzəri isə sadə kirəmitlə örtülmüşdür.[4] Uzun illər anbar olaraq istifadə olunan bu bina 1996-cı ilin dekabr ayında bərpa olunaraq günümüzdə xeyriyyə mərkəzi olaraq fəaliyyətini davam etdirir.[5]

Sultan Murad türbəsi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Sultan II Murad türbəsi

1451-ci ildə inşa edilən türbə banisinin vəsiyyəti səbəbilə üzərinə yağış yağması üçün üzəri açıq şəkildə tərtib olunmuşdur. Bir sıra kəsmə daş və iki sıra kərpiclə inşa olunan türbənin daxilində heç bir bəzək yoxdur. Türbənin şərqində Sultan Ələddin türbəsinə keçən qapı var. Kvadrat həcmli bu türbədə isə II Muradın Ələddin Əli, Əhməd, Orxan oğlu 3 oğlu və Şahzadə Xatun adlı bir qızı dəfn olunmuşdur.

Digər tikililər[redaktə | mənbəni redaktə et]

Şahzadə Əhməd türbəsi[redaktə | mənbəni redaktə et]

Muradiyə məscidi ilə II Murad türbəsi arasında yerləşən, bir sıra kəsmə daş və iki sıra kərpiclə inşa edilmiş səkkizbucaqlı türbədir. Yavuz Sultan Səlimin 1513 tarixli fərmanı ilə inşa edilən türbənin memarının adı Ələddindir. TürbəII Bəyazidin oğlanları Şahzadə Əhməd, Şahzadə Qorqud, Şahzadə Şahənşah və oğlu Mehmed dəfn olunmuşdur. Şahzadə Qorqud öncə Orxan Qazi türbəsinə dəfn olunmuş, daha sonra cənazəsi Şahzadə Əhməd türbəsinə daşındı. Türbədə yerləşən iki adsız məzarın biri II Bəyazidin qızı Fatma Sultana, digəri isə Şahzadə Əhmədin qızı Qəmərşah Sultana aid edilir.[1][2]

Cem Sultan türbəsi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Cem Sultan türbəsi

Şahzadə Mustafa türbəsi[redaktə | mənbəni redaktə et]

I Süleymanın 1553-cü ildə Konyada boğduraraq edam etdirdiyi oğlu Şahzadə Mustafanın cənazəsi öncə Bursada başqa bir yerə dəfn olunmuş, ancaq türbənin mərmər kitabəsindəki yazıya görə, məzar 1573-cü ildə II Səlimin əmri ilə inşa olunan bu türbəyə köçürülmüşdür.[4] Bir sıra kəsmə daş və üç sıra kərpicdən inşa olunan türbənin üstü 3 metr hündürlüyə qədər İznik çinilərilə, daha sonra isə Quran ayələri ilə bəzədilmişdir. Türbənin içi 14 pəncərə ilə işıqlandırılır. Türbənin içində Şahzadə Bəyazidin oğlanları Əhməd və Orxan, Şahzadə Mustafanın anası Mahidövran Sultan dəfn edilmişdir.

Gülşah Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Bir sıra daş və iki sıra kərpicdən inşa olunan kvadrat şəkilli türbənin içi 10 pəncərə ilə işıqlandırılır. Son bərpa işlərindən sonra formasını tamamilə dəyişən türbədəki iki məzardan biri II Mehmedin xanımı və Şahzadə Mustafanın anası Gülşah Xatuna, digəri isə II Bəyazidin oğlu Şahzadə Əliyə aid edilir. Ancaq II Bəyazidin Əli adlı bir oğlu heç bir tarixi mənbədə qeyd olunmur.

Mükrimə Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Bir sıra daş və üç sıra kərpicdən inşa olunan kvadrat şəkilli türbənin içi 12 pəncərə ilə işıqlandırılır və Ayətül-kürsi ilə bəzədilmişdir. TürbəII Bəyazidin oğlu Şahzadə Şahənşahın xanımı və Şahzadə Mehmedin anası Mükrimə Xatun dəfn olunmuşdur.

Şahzadə Mahmud türbəsi[redaktə | mənbəni redaktə et]

Bir sıra daş və üç sıra kərpicdən inşa olunan kvadrat şəkilli türbənin içi firuzəyi və mavi rəngli çinilərlə bəzədilmişdir. Giriş qapısı üzərində yerləşən kitabədə inşa tarixi olaraq 1507-ci il, memar olaraq isə Yaqub Şah ibn Sultan Şah adı qeyd olunur. Mərmərkərpic döşəməli türbəŞahzadə Mahmudla birlikdə, oğlanları Orxan, Əmir və Musa, anası Bülbül Xatun və bacısı Hundi Sultan da dəfn olunmuşdur.[6]

Əbə (Gülbahar) Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Çay daşından inşa olunan ətrafı açıq bu türbənin kitabəsi olmasa da, burada dəfn olunan şəxsin II Mehmedin əbəsi olduğu bilinir.

Gülruh Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Kvadrat planlı türbənin divarları bir sıra kəsmə daş və iki sıra kərpiclə hörülmüş, 12 pəncərə ilə işıqlandırılan türbənin daxili Ayətül-kürsi yazıları ilə bəzədilmişdir. Türbənin inşa tarixi dəqiq olmasa da, 1480-ci illərdə inşa olunduğu məlumdur. TürbəGülruh Xatun və qızı Qəmərşah Xatun, Şahzadə Aləmşahın qızı Fatma Xatun və Qəmərşah Xatunun oğlu Sultanzadə Osman bəy dəfn olunmuşdur.

Şirin Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Kvadrat planlı türbənin divarları bir sıra kəsmə daş və iki sıra kərpiclə hörülmüş, 12 pəncərə ilə işıqlandırılan türbənin daxili Mükrimə Xatun türbəsi ilə eynidir. TürbəII Bəyazidin xanımı Şirin Xatun, oğlu Şahzadə Abdullah və onun qızı Aynişah Sultan və II Bəyazidin digər xanımı Fərahşad Xatun dəfn olunmuşdur.

Hüma Xatun türbəsi[redaktə | mənbəni redaktə et]

Ərəbcə yazılan kitabəsinə görə, 1449-cu ildə inşa edilən türbənin divarları bir sıra daş və iki sıra kərpicdən hörülmüşdür. Sadə struktura sahib olan türbəII Muradın xanımı və II Mehmedin anaHüma Xatun dəfn olunmuşdur. Türbədəki digər məzarın kimə aid olduğu isə məlum deyil.

Saraylılar türbəsi[redaktə | mənbəni redaktə et]

Muradiyə Külliyəsindəki türbələr arasında ətrafı açıq olan iki türbədən biridir. Kitabəsi olmayan bu bina haqqında heç bir sənəd yoxdur və burada yerləşən iki məzarın kimə aid olduğu məlum deyil. Bir digər iddiaya görə isə, bu iki məzar Mahidövran Sultanın saray xidmətində olan Aqilə xanım və Belkıs xanım adlı bacılarına aiddir.[7]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Arxivlənmiş surət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  2. 2,0 2,1 "Arxivlənmiş surət". 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  3. "Arxivlənmiş surət" (PDF). 2015-04-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.
  4. 4,0 4,1 "Arxivlənmiş surət" (PDF). 2015-04-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.
  5. "Arxivlənmiş surət". 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  6. "Arxivlənmiş surət". 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  7. "Arxivlənmiş surət". 2014-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.