Mulud Fereun — Vikipediya

Mulud Fereun
Doğum tarixi 8 mart 1913(1913-03-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 mart 1962(1962-03-15)[1][2][…] (49 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı
Əsərlərinin dili fransız dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mouloud Feraoun

Mulud Fereun (8 mart 1913[1][2][…], Kabiliya[d]15 mart 1962[1][2][…], Əlcəzair, Fransa Əlcəzairi[d]) — Əlcəzairin tanınmış yazıçılarından biri.

Freunun yaradıcılığı onu bütün Məqribdə və Fransada adlı-sanlı yazıçılar sırasına çəkmişdir.

1913-cü il martın 8-də Kabiliyada kəndli ailəsində anadan olmuşdur. Tanınmış Əlcəzair yazıçılarının bir çoxu kimi Mulud Fereun da əsərlərini fransızca yazıb. Ömrünün son illərini paytaxtda yaşayıb.

Mulud Fereunun ölümündən əvvəl üç romanı çap olunmuşdur: "Kasıbın oğlu", "Torpaq və qan", "Dağlara gedən yollar" romanları. Ölümündən sonra isə "Dostlara məktub" kitabı, yarımçıq qalmış "İldönümü" romanı çap edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 86–87.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Mouloud Feraoun // Encyclopædia Britannica (ing.).