Mstislav Rostropoviç — Vikipediya

Mstislav Rostropoviç
Ümumi məlumatlar
Doğum tarixi 27 mart 1927(1927-03-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 aprel 2007(2007-04-27)[3][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
Həyat yoldaşı
Atası Leopold Rostropoviç
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi pedaqoqu[d], violonçelçi[d], pianoçu
Fəaliyyət illəri 1942-ci ildən
Janr klassik musiqi
Musiqi aləti violonçel
Albom şirkəti Doyçe Qrammofon[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Azad Rusiyanın müdafiəçisi" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Heydər Əliyev" ordeni "İstiqlal" ordeni "Şöhrət" ordeni
2-ci dərəcəli "Stalin" mükafatı
Litteris et Artibus
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti
Commander of the Order of the Netherlands Lion "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Fəxri Legion ordeninin yüksək rütbəli zabiti Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany Commander of the Order of Saint-Charles "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Commander of the Order of Isabella the Catholic Prezidentin "Azadlıq" medalı Commander of the Order of Merit of the Grand Duchy of Luxembourg Commander of the Order of Adolphe of Nassau commander of the Order of the Dannebrog "Xidmətlərə görə" ordeni komandoru Commander's Grand Cross of the Order of the Gediminas Grand Officer of the Order of Merit of the Italian Republic Grand Cross of the Military Order of Saint James of the Sword
"Lenin" mükafatı
Order of the Liberator General San Martín Order of Francisco de Miranda Grand Officer of the National Order of the Cedar Kennedi Mərkəzinin fəxri mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[1][2][…], Bakı[1]27 aprel 2007[3][2][…], Moskva[4]) – violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.

1943–1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violenç ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri ŞostakoviçSergey Prokofiyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violenç kimi nəzər-diqqətləri cəlb edir.

İlk yaradıcılıq illəri[redaktə | mənbəni redaktə et]

Rostropoviç ilk violenç konsertini 1942-ci ildə verir. 1947, 1949 və 1950-ci illərədə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olur. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurur.

1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klsassik musiqi sevərlərinin də rəğbətini qazanır. Bu illərdə Rostropoviç Qərbi Avropada iştirak etdiyi musiqi turneləri müddətində Avropanın, Benjamen Britten daxil olmaqla o dövr bir neçə qabaqcıl bəstəkarları ilə tanış olur. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin Yevgeni Onegin operasını ifa etməklə özünün operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirir.

Rostropoviçə violenç üçün musiqi yazan Şostakoviç, Prokofiyev, Britten, Bernşteyn, Şnitke, Xaçaturyan və Piazollanı kimi dahi bəstəkarlar olmuşdur. Rostrpoviç Dvorakın B minorda və Haydnın C və D minorlarda violenç üçün konsertlərinə interpretasiyaları ilə böyük şöhrət qazanmışdır. Onun Şostakoviç, Prokofiyev, Britten, Lutoslavski, Pendereçki, Dütiye kimi bəstəkarların əsərlərinə ifaları violenç repertuarını hədsiz dərəcədə genişləndirmişdir.

Mühacirət[redaktə | mənbəni redaktə et]

Rostropoviç Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət, sərbəst fikir azadlığı və bu kimi kommunist ideologiyasına zidd demoktarik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. 1948-ci il 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti olaraq konservatoriyanı tərk edir.

1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.

Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-yə yollanır. Tezliklə vətənində musiqi fəaliyyətinə qəti qadağan tətbiq olunur və ardınca 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir.

Sonrakı yaradıcılıq illəri[redaktə | mənbəni redaktə et]

Mstislav Rostropoviçin xatirə lövhəsi (Bakı)

Rostropoviç gənc violenç nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Bir çox violenç ifaçıları böyük sənətkara borclu olduqlarını açıq ifadə etmişlər. Dailiy Telegraph qəzetinin müxbiri Loyd Vebber Rostrpoviçi "bütün dövrlərin ən böyük violenç ifaçısı" adlandırmişdır.

Onun istedadı Şostakoviç, Xaçaturyan, Prokofiyev, Britten, Messiaen, Dütiye, Bernşteyn, Pendereçki kimi dahi bəstəkarların musiqilərindən ilham alırdı. Rostropoviç digər sovet bəstəkarı Dmitri Kobolevski ilə birgə dahi bəstəkar Prokofiyevin ölümü səbəbindən tamamlaya bilmədiyi violenç üçün konsertini tamamlayır. Rostrpoviç Şostakoviçin violenç üçün konsetlərinin də ilkin ifaçisidır. O dahi bəstəkarı Birinci Konsertini London musiqi sevərlərinə təqdim edir və Benjamin Britten ilə yaxın dostluq və yaradıcılııq münasibətləri qurur. Britten özünün Violenç üçün Sonatasını (Cello Sonata), Solo suitalarını (Solo Suites) və Violonç üçün simfoniyasını da (Cello Symphony) Rostropoviç üçün bəstələmiş və dahi Rostrpoviç bu əsərlərin ilk ifaçısı olmuşdur.

1977–1994-cü illər aralığında isə Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərir. Bununla belə Sviatoslav Rixter və Vladimir Horovitç kimi məşhur musiqiçilərlə də çalışır. O həmçinin Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləmiş Krallıqda Benjamin Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olur.

Həmyerlimizin Berlin Divarlarının dağıdılması zamanı gözlənilməz, tamamilə improvizasiyaya əsaslanmış ifası onun dünya nüfuzunu daha da artırır və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa edirlər.

Rostrpoviç saysız-hesabsız mükafatlarla təltif olunmuşdur. Fransanın Şərəf Legionu Ordeni və saysız-hesabsız universitetlərin fəxri doktor mükafatlarını misal göstərmək olar. O, mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. UNESKO-nun səfiri olmaqla bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləmişdir. O İspaniya şahzadəsi Şahzadə Sofiyanın yaxın dostu kimi də tanınırdı.

Rostropoviç və həyat yoldaşı Galina Vişnevskaya Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak etmiş və Azərbaycanda irimiqyaslı peyvənd proqramını maliyyələşdirmişdir. 2002-ci il mart ayının 4-də sevimli həmyerlimiz dahi Rostropiviçin Bakıda ev muzeyi açılmışdir. Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı səfərlər etmiş və Azərbaycan Dövlət Konservatoriyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr bəxş etmişdir.

Rostrpoviçin ifalarını 1711-ci ildə hazırlanmış bütün dövrlərin ən yüksək musiqi aləti kimi tanınan Duport Stradivarius adlı violenç olmuşdur.

Xəstəlik və vəfatı[redaktə | mənbəni redaktə et]

2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin pişləşməyə başlayır. Çikago Trubune qəzeti musiqiçinin Cenevrədə əməliyyat olunması və sonradan kəskin mədə xorasından müalicə alması haqqında şayələr yayır. Rusiya prezidenti Vladimir Putin Rostropoviçi 2007-ci il martın 27-si, doğum gününə nəzərdə tutulmuş 80 illik yubileyinin keçirilməsinə dair detalları müzakirə etmək üçün ziyarət edir. Rostrpoviç tədbirə qatılsa da onun kövrək sağlamlıq durumunda olması açıq-aşkar görünür. Bundan bir qədər öncə aprel ayının 7-sində musiqiçi bağırsaq xərçəngi diaqnozu ilə Bloxim adına Onkoloji Xəstəliklər İnstitutuna yerləşdirilir. Dahi Rostrpoviç həmin ilin aprel ayının 27-si vəfat edir. Maraqlıdır ki, 27 aprel tarixində musiqiçinin müəllimi Sergey Prokofiyev anadan olmuşdur.

Aprelin 28-si isə cənazəsi bir vaxtlar təhsil aldığı Moskva Konservatoriyasında qoyulur. Fəxri dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, İspaniya kraliçası şahzadə Sofiya, həmin vaxt Fransanın birinci xanımı Bernadet Şirak, Azərbaycan prezidenti İlham Əliyev dahi musiqiçi ilə vidalaşmağa gəlirlər.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 50-yə yaxın mükafata layiq görülmüşdür.

  • Ən yaxşı kamera musiqi ifaçısı naminasiyasında Gremmi mükafatı
  • Qütb müsiqi mükafatı, 1995
  • Rudolf Serkinlə (E minroda piono konserti, Op. 38 və F minorda Sonata, Op. 99) birlikdə Brahmsın Violenç üçün sonatasının ifasına görə mükafat (1984)
  • Kral Filarmoniya Cəmiyyətinin Qızıl medalı (1970)
  • Sonning mükafatı (1981, Danimarka)
  • Azərbaycab Respublikasının Söhrət Ordeni
  • Britaniya II dərəcəli Fəxri Cəngavər Ordeni (1987, Böyük Britaniya)
  • Fransa Şərəf Legionu Ordeni (1981, 1987, Fransa)
  • Vilnüs şəhərinin fəxri vətəndaşı (2000, Litva)
  • Rusiyanın Vətən qarşısında xidmətərinə görə birinci dərəcəli ordeni, "Dünya müsiqisinin inkişafına verdiyi misilsiz töhvələr və çoxillik yaradıcılıq fəaliyyətinə görə" (2007-ci il fevral ayının 26-sında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim edilmişdir.
  • Niderland şahzadəsi Bitrikz tərəfindən nadir İncəsənət və Elm medalıyla təltif edilmişdir.
  • 27.03.2007 — Azərbaycan "Heydər Əliyev" ordeni[5]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

19 mart 1997-ci ildə Görkəmli musiqiçi və ictimai хadim Mstislav Lеopoldoviç Rostropoviçin anadan olmasının 70 illik yubilеyinin onun vətəni Azərbaycanda qеyd olunmasını təmin еtmək məqsədi ilə qərar qəbul edilmişdir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]