Mouson dənizi — Vikipediya

Mouson dənizi
ing. Mawson Sea
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 333,000 km²
Sahil uzunluğu 800 km
Dərin yeri 1,000 m
Yerləşməsi
64°00′00″ c. e. 105°00′00″ ş. u.
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Mouson dənizi xəritədə
Mouson dənizi
Mouson dənizi

Mouson dəniziCənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tədqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.

Canlılar aləmi[redaktə | mənbəni redaktə et]

Dəniz sularında 2 növ plankton vardır: Diatomeya və dinoflaqelyatta. Burada molyuskalara, xərcənglərə və kiçik dəniz ulduzuları rast gəlinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]