Moskva Triumfal Darvazası — Vikipediya

Moskva Triumfal Darvazası
rus. Московские Триумфальные ворота
Xəritə
59°53′29″ şm. e. 30°19′09″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Moskva Darvazası meydanı
Tikilmə tarixi 1834—1838
Üslubu Ampir
İstinad nöm.7810318000
Mühafizə dərəcəsiFederal
Moskva Triumfal Darvazası (Sankt-Peterburq)
Moskva Triumfal Darvazası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moskva Triumfal Darvazası (rus. Московские Триумфальные ворота) – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədi ilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır.

Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu.[2]

1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq).

1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır.

1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Горбачевич К. С. , Хабло Е. П. Почему так названы?:Справочник. — СПб, Норинт, 2006
  2. Петербургский метрополитен. Линия 2, Станции и тоннели Arxivləşdirilib 2008-03-09 at the Wayback Machine на сайте Санкт-Петербургская интернет-газета Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Гусаров А.Ю. Памятники воинской славы Петербурга. — СПб, 2010. — ISBN 978-5-93437-363-5.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Московские ворота" (rus). Прогулки по Петербургу. İstifadə tarixi: 2010-09-03.