Moskva Atəşkəs Müqaviləsi — Vikipediya

Qırmızı bölgələr Finlandiyadan Sovetlər Birliyinə Davam müharibəsindən sonra verildi. Porkkala 1956-cı ildə Finlandiyaya geri verildi.

Moskva Atəşkəs Müqaviləsi, Finlandiya ilə digər tərəfdən SSRİBirləşmiş Krallıq ilə 19 sentyabr 1944-cü ildə imzalanmışdır. Müqavilə ilə Davam müharibəsi başa çatmışdır.

Müqavilə şərtləri və sonrası[redaktə | mənbəni redaktə et]

1940-cı ildə Moskva sülh müqaviləsi ilə Finlandiya Karelia və Salla bölgələrini və Fin körfəzində bir çox digər adaları SSRİ-yə vermişdi. Yeni atəşkəs ilə 1940-cı il müqaviləsinə sadiq qalındı, ayrıca olaraq Petsamo bölgəsini Sovetlərə vermiş Finlandiya Porkkala bölgəsini də Sovet İttifaqına 50 il müddətinə verdi. (Bölgənin idarəsi 1956-cı ildə Finlandiyaya buraxıldı).

Finlandiya Sovet İttifaqına müharibə təzminatı olaraq 6 il müddətinə 300.000.000 dollar ödəyəcəkdi. Atəşkəsdən sonra 1944–1945-ci illər arasında Lapland müharibəsi adlanan Finlandiyada qalmış Üçüncü Reyx əsgərləri ilə müharibə baş verdi

İstinadlar[redaktə | mənbəni redaktə et]