Morqan Friman — Vikipediya

Morqan Friman
ing. Morgan Freeman
Doğum tarixi 1 iyun 1937(1937-06-01)[1][2][…] (86 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti film prodüseri, televiziya aktyoru, kinorejissor, pilot, xarakter aktyoru[d], teatr aktyoru, aktyor, televiziya aparıcısı, səsləndirmə aktyoru[d], arıçı, televiziya prodüseri[d]
Fəaliyyət illəri 1964-cü ildən
Boyu 188 sm
Mükafatları Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı
Kennedi Mərkəzinin fəxri mükafatı
"Qızıl qlobus" mükafatı
National Medal of Arts
IMDb ID0000151
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Morqan Friman (1 iyun 1937[1][2][…], Memfis, Tennessi[3]) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobusEkran Aktyorları Dərnəyi mükafatının sahibi oldu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi.

Filmləri[redaktə | mənbəni redaktə et]

Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır.

Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.

Filmdə Mandelanın 1995-ci ildə ölkəsinin ev sahibliyi etdiyi "Reqbi" dünya çempionatı ərəfəsində qara dərililər və ağ dərililər arasında sülh olması cağrışı etməsi haqda olacaq. Qara dərililərin haqları üçün mücadilə edən və həyatının böyük hissəsini həpsxanalarda keçirən Nelson Mandela, Cənubi Afrika Respublikasında seçki yolu ilə ilk dəfə olaraq hakimiyyətə gələn qara dərili prezidenti idi.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Aldığı mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1987-ci il — "Oskar" mükafatına namizəd — "Street Smart" filmi,
  • 1989-cu il — "Oskar" mükafatına namizəd — "Driving Miss Daisy" filmi,
  • 1994-cü il — "Oskar" mükafatına namizəd — "Şousenkdən qaçış" filmi,
  • 2003-cü il — Karlovi-vari Beynəlxalq Kino Festivalı — "Crystal Globe" mükafatı,
  • 2005-ci il — "Oskar" mükafatı — "Million Dollar Baby" filmi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Morgan Freeman // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Morgan Freeman // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #129605093 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]