Moris Ravel — Vikipediya

Moris Ravel
fr. Maurice Ravel
Ümumi məlumatlar
Doğum adı Jozef Moris Ravel
Doğum tarixi
Doğum yeri Sibur, Fransa Fransa
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa
Vətəndaşlığı
Milliyyəti fransız
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pianoçu, bəstəkar
Fəaliyyət illəri 1892-ci ildən
Janr opera
Musiqi aləti fortepiano
Üzvlüyü
  • İsveç Kral Musiqi Akademiyası[d]
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Roma mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkarpianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər.

Yaradıcılığı [redaktə | mənbəni redaktə et]

Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi. Hər bir musiqi janrına müraciət edərkən onu yeni tərkibə tabe edirdi. Antik sujetlər parlaq, milli yenilik əsası ilə bağlı idi. Ravel öz musiqisində mövzunu psixoloji tərəfdən, musiqinin kolorit və rənglərini göstərirdi. Ravel novator idi. Onun bu novatorluğu müxtəlif janrlarda idi: simfonik musiqidə, operada, baletdə, f-no və vokal əsərlərdə.

Moris Ravel 1889-cu ildə PARİS KONSERVATORİYASINA daxil olmuşdur. O, f-no şöbəsində oxuyarkən Veber, Şopen, Listin yaradıcılığı ilə maraqlanır və I kursun axırında onun marağı müasir fransız musiqisinə yönəlir.

Ravelin ilk əsərləri sırasında 90-cu illərdə yazdığı "Məhəbbətdən ölən kraliça haqqında ballada" (vokal və f-nu üçün) və f-no üçün "Antik menuet" var. Bu əsərlərdə özünəməxsus harmonik dili hiss olunur. Bu dövrün ən görkəmli əsəri 2 f-no üçün "Habanera" (ispan xalq rəqsi) idi. Bu əsərdə o, ilk dəfə idi ki, ispan rəqs janrına müraciət edir. Sonrakı illərdə Ravel bu Habaneranı bütövlüklə İspan rapsodiyasnna daxil edir. 90-cı illərdə "İnfantanın ölümünə yazılan pavanna" yekunlaşır və bu əsər Ravelə çox böyük şöhrət gətirir. Bu əsərdə Ravelin XVII-XVIII əsrlərin rəqslərinə marağı görünür. Sonrakı 14 il ərzində yazılan əsərləri dinləyici kütləsində böyük maraq oyadır

Əsərləri[redaktə | mənbəni redaktə et]

"Məhəbbətdən ölən kraliça haqqında ballada" (vokal və f-no üçün)

"Antik menuet" (f-no üçün)

"Habanera" (2 f-no üçün)

"İnfantanın ölümünə yazılan pavanna"

"İspan saatı" (opera)

"Dafnis və Xloya" (balet)

"Adelaida"

"Florenanın yuxusu" (balet)

"İspan rapsodiyası"

"Suyun oyunu" (f-no)

"Əkslər"

"Sonatina"

"Şəhrizad" (səs üçün)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 LIBRIS. 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]