Moqao mağaraları — Vikipediya

Moqao mağaraları
çin. 莫高窟
Xəritə
40°02′14″ şm. e. 94°48′15″ ş. u.
Ölkə  ÇXR
Yerləşir Qansu
Üslubu Çin memarlığı
Vəziyyəti stabil
TipiMədəni
Kriteriyai, ii, iii, iv, v, vi
Təyin edilib1987
İstinad nöm.440
DövlətÇXR
RegionAsiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moqao mağaraları, (çin. 莫高窟), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq şəhərin 25 km cənub-şərqində Minqsha dağının ətəyində yerləşən mağarada 492 məbəd vardır.

Tarixi İpək Yolunun üzərində yerləşən mağarada Buddist sənətinin ən gözəl əsərləri vardır.Buddist yeraltı məbədinin tikilişinə 366-cı ildə başlamış və bu dövr ərzində burada ən dəyərli buddist əsərlərinə sığınacaq olmuşdur.[1] Moqao mağaraları Lonqmen mağara-məbəd kompleksi və Yunqan mağara-məbəd kompleksi ilə birliktə Çinin ən tanınan Buddist yeraltı məbədlərindən biridir.

1987-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Danışılanlara görə 366-cı ildə Lezun (Lè Zūn, 樂尊) adında bir Buddist rahip Dunhuanq şəhərinə gəlir. Minqsha Dağına baxan zaman qızıl rəngli günəş işıqlarının arasında minlərlə Budda xəyal edən Lezun, xəyalından ilham alaraq ilk mağaranın qazıntısına başlayır. Sonralar mağaraların sayı artır, Tan sülaləsi dövründə mağaraların sayının minə çatdığı məlumdur.[3] Sadə bir həyat tərzi seçən Buddist rahiplər kamilləşmək məqsədi ilə bu mağaralara üz tuturdular. IV əsrdən XIV əsrə kimi rahiblər qərbdən heykəlləri Dunhuanq şəhərinə gətirmiş, ipək yolundan keçən bəzi tacirlər isə buraya gözəl rəsm əsərləri hədiyə etmişlər.

Mağaralar[redaktə | mənbəni redaktə et]

Tan sülaləsi dövründə mağaraların sayı minə çatmışdı.Bu gün isə bizə 735 mağara məlumdur. Şimal bölgədə olan mağaralar sadə cənub bölgədə olan mağaralar isə təmtəraqlı idi. Yeni sülalələr hakimyətə gəldikdə yeni mağaralar tikilirdi. Bu səbəblə mağaraların içi, heykəllər və rəsm əsərləri bir-birindən kəskin fərqlənir. Ümumilikdə mağaranın divarlarındakı rəsm əsərləri 42000 m² ərazini tutur. XI əsrdən sonra bəzi mağaralar divarlar ilə bağlanaraq qiymətli əlyazmalar və müqəddəs əşyalar üçün anbar rolunu oynayırdı. Bu gün beş yüzə yaxın mağaranın tikilmə ili öyrənilmişdir:

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.chinapage.com/dunhuang.html Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine Silk Road - DunHuang [Tun-Huang] Grottoes
  2. http://whc.unesco.org/en/list/440 Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine Mogao Caves, UNESCO
  3. http://turkish.cri.cn/chinaabc/chapter20/chapter200315.htm Arxivləşdirilib 2012-06-19 at the Wayback Machine China ABC Müzey: Moqao Daş Mağaraları,

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]