Montevideo sülh müqaviləsi — Vikipediya

Montevideo sülh müqaviləsi
İmzalanma tarixi 27 avqust 1828
İmzalanma yeri
Tərəflər Cənubi Amerika Birləşmiş VilayətləriBraziliya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Montevideo müqaviləsi — 1828-ci ilin 27avqust tarixində Birləşmiş La-Plata provensiyasi ilə Braziliya İmperiyası arasında imzalanır ki, bu da iki dövlət arasında müharibənin sonu demək idi.(ispanca Convenció Prelimiar de Paz)

Tarixi[redaktə | mənbəni redaktə et]

1827-ci ildən artıq müharibə demək olar ki dayanmışdı. Müharibə artıq hər iki tərəfin bütün qüvvələri tükənmişdi və hec bir aktiv əməliyyatlar həyata keçirə bilmirdi. Braziliya limanları mühasirədə saxlaması Britaniyanın ticari əlaqələrinə ağır zərbə vururdu. Britaniya sülh danışıqlarının aparılmasını istəyirdi. Bu şəraitdə 20fevral 1818-ci ildə Braziliya İmperiyası və Birləşmiş Provensiya arasında Britaniyanın başçılığı ilə sülh danışıqlara başlayır. Britaniya Londondan Rio-de-Janeyroya Con Ponsonbi həmsədr sifəti ilə göndərir.

Danışıqların gedişatı[redaktə | mənbəni redaktə et]

Danışıqların gedişatında məlum olur ki, Birləşmiş provensiyası sərq hövzəsini Braziliyaya verilməsinə razı olmur. Braziliyada bu torpaqlarının La-Plata provensiyasına verilməsinə razı deyildi. Bu anlaşılmazlıqları görən həmsədr sərq hövzəsində müstəqil dövlətin yaradılmasını irəli sürülür. Bu fikir Birləşmiş provensiya tərəfindən qəbul edilməsədə Britaniyanın təziqi ilə 27 avqust 1828-ci ildə müqavilə edilir.

Nəticələri[redaktə | mənbəni redaktə et]

Müqavilə bağlanan zaman Birləşmiş La-Plata provensiyasının ordusu quru əməliyyatlarını davam etdirərək şərq hövzəsini braziliyalılardan təmizləmişdi. Bu müqavilə imzalanması xəbəri orduya verilən zaman şok effekti yaradır. Prezident Bernardi Rivadaviya hakimiyyətdən getməyə məcbur olur.Buenos-Ayres qubernatoru Manuel Dorreqa anlaşmanı ləğv etmək istəsə də, Ponsonbinin təziqi nəticəsində geri cəkilir.4 oktyabr 1828-ci ildə Montevideoda imzalanır. Bundan sonra Sisplatina adı dəyişilərək Uruqvay adlandırılır. Şərq hövzəsində qalan Birləşmiş La-Plata provensiyasının ordusu Uruqvay ordusunun əsasını təşkil etməyə başlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]