Monir Vəkili — Vikipediya

Monir Vəkili
fars. منیر وکیلی
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1923(1923-12-19)
Doğum yeri
Vəfat tarixi 28 fevral 1983(1983-02-28) (59 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti incəsənət xadimi, opera müğənnisi, musiqi direktoru[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri 1983-cü ildən
Janr opera
Səs tembri soprano
Təhsili
monirvakili.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir[1]. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir. O, 1955–1957-ci illərdə Tehran Milli Musiqi konstervatoriyasının solisti olmuşdur. 1955–1956-cı illərdə isə Fransız institutu və Rumınya səfirliyinin hazırladığı yaradıcılıq gecələrində çıxış etmişdir. Onun ən böyük məqsədi ölkəsini beynəlxalq arenada tanıtmaq idi.

Təhsilini tamamlayıb İrana qayıdan sənətçi 1975-ci ildə İranın ilk rəsmi operasını yaratmışdır. 1951-ci ildə Monir Vəkili Berlin Gənclik Festivalında iştirak edərək qalib oldu və 1975-ci ildə "Füruğ Farruxzad" mükafatına layiq görüldü. 1958-ci ildə onun "İranlıların musiqi və rəqsləri" adlı albomu işıq üzü görmüşdür.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elliot, Russ. "Scheherazade ZaZa Saleh Album Reviews at Musical Discoveries". www.musicaldiscoveries.com. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.