Moldova prezidentlərinin siyahısı — Vikipediya

Moldova prezidentiMoldova Respublikasının dövlət başçısı.

Prezidentin seçilməsi[redaktə | mənbəni redaktə et]

Ana məqalə: Moldovada seçkilər

Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.

Moldova Respublikasının prezidentləri[redaktə | mənbəni redaktə et]

Partiyalar:

  İcra edən   Aqrar   Partiyasız   Kommunist

Prezident Şəkil Vəzifəyə gəlib Vəzifədən gedib Partiya
1 Mirçea Snegur 3 sentyabr 1990 15 yanvar 1997 Partiyasız
2 Petru Luçinşi 15 yanvar 1997 7 aprel 2001 Moldova Aqrar Partiyası
3 Vladimir Voronin 7 aprel 2001 11 sentyabr 2009 Moldova Kommunist Partiyası
i.e Mixay Gimpu 11 sentyabr 2009 28 dekabr 2010 Liberal Partiya
(Avropaya İnteqrasiya Alyansı)
i.e Vlad Filat 28 dekabr 2010 30 dekabr 2010 Demokratik Partiya
(Avropaya İnteqrasiya Alyansı)
i.e Marian Lupu 30 dekabr 2010 23 mart 2012 Liberal Demokratik Partiya
(Avropaya İnteqrasiya Alyansı)
4 Nikolae Timofti 23 mart 2012 23 dekabr 2016 Partiyasız