Mixail Mil — Vikipediya

Mixail Mil
Михаи́л Лео́нтьевич Миль
Doğum tarixi
Doğum yeri İrkutsk, Rusiya İmperiyası
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya İmperiyası
SSRİ SSRİ
Milliyyəti rus
İxtisası Mühəndis
Təhsili
Fəaliyyəti mühəndis
Elmi dərəcələri
Elmi adı
Partiyası
Tanınır Mil Moskva Helikopter Zavodu
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni2-ci dərəcəli "Vətən müharibəsi" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı ulduz" ordeni
"Lenin" mükafatıSSRİ Dövlət mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Leontyeviç Mil (rus. Михаил Леонтьевич Миль; 22 noyabr 1909, İrkutsk – 31 yanvar 1970, Moskva) Sovet aerokosmik mühəndisi olmuşdur. Dünyaca məşhur Sovet istehsalı "Mi" seriyalı helikopterlərin istehsalı ilə məşğul olan Mil Moskva Helikopter Zavodunun qurucusudur.[1]

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Mixail Mil 1909-cu ildə İrkutskda anadan olmuşdur. Atası Trans-Sibir Dəmiryolu işçisi, anası isə diş həkimi olmuşdur. Latviyanın Liepaya şəhərindən hərbi xidmətə çağırılmış babası 25 il Rusiya İmperator Donanmasında xidmət etdikdən sonra Sibirdə məskunlaşmışdır.

Mil aviasiya sahəsində ilk mükafatını hələ 12 yaşı olarkən qazanmışdır. O, 1926-cı ildə Tomsk şəhərində yerləşən Sibir Texnologiya İnstitutuna daxil olmuş, lakin burada aviasiya mühəndisi ixtisası olmadığına görə 1928-ci ildə bu sahədə ixtisaslaşmaq məqsədilə Novoçerkassk şəhərində yerləşən Don Politexnik İnstitutunda təhsilini davam etdirməyə başlamışdır.[2] 1932-ci ildə P.G. Rudenko ilə ailə həyatı qurur.

Məzun olduqdan sonra Mərkəzi Aerohidrodinamik İnstitutunda (TsAGI) işləməyə başlamışdır. O, burada gələcək rəqibi olacaq Nikolay Kamovun köməkçisi vəzifəsində xidmət edirdi. İkinci dünya müharibəsinin başlamasına görə Mil Qırmızı Ordu sıralarına çağırılmış və 1941-ci ildə Şərq Cəbhəsində almanlara qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. 1943-cü ildə döyüş aviasiyasının idarə olunmasının və stabilliyinin inkişaf etdirilməsi proqramında iştirak etməsi məqsədilə geriyə çağrılmışdır. 1947-ci ildə dissertasiyalarını tamamladıqdan sonra TsAGI-nin Helikopter Laboratoriyasına müdir təyin olunmuşdur. Sonradan bu müəssisə Moskva Helikopter Zavodu adlandırılmışdır.

Mixail Mil işlədiyi dövr ərzində bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş, 69 dünya rekordu gerçəkləşdirmişdir. 1958-ci ildə onun dizayn etdiyi Mil Mi-4 helikopteri Brüssel Beynəlxalq Sərgisində qızıl medal qazanmışdır. 1971-ci ildə ölümündən sonra Mil Mi-12 helikopteri "Sikorski" mükafatına layiq görülmüşdür.

Mixail Mil 31 yanvar 1970-ci il tarixində Moskva şəhərində vəfat etmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Central Museum of the Military Air Forces of the Russian Federation". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  2. "Михаил Миль - художник и конструктор" (rus). warspot.ru. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]