Mirzə Süleyman Şirazi — Vikipediya

Mirzə Süleyman Şirazi
Doğum tarixi 1839
Doğum yeri
Vəfat tarixi 1914
Vəfat yeri
Fəaliyyəti siyasətçi, yazıçı

Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu Şirazi (1839, Şiraz1914, İsfahan) — şair.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu 1838-ci ildə Şiraz şəhərində anadan olmuşdu. O, ata tərəfdən Xələf bəy Süfrəçinin nəslindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Rüknülmülk ləqəbini daşıyırdı. İsfahan şəhəri hakiminin müavini vəzifəsində çalışmışdı. Onun babalarından olan İmamverdi bəy Xələfbəyi 1682-ci ildə Şirazda məscid təmir etdirmişdi.

Mirzə Süleyman Şirazi şair və ədib idi. Xələf təxəllüsü ilə şeirlər yazırdı. Xoşrəftar və mehriban bir şəxsiyyət idi. Alimlərə həddən çox ehtiram edirdi. Onun yaradıcılıq fəaliyyətində xəttatlıq sənətinin ayrıca yeri var.

Mirzə Süleyman Şirazi bir çox İsfahan müctəhid və ülamaları ilə birlikdə Məşrutə hərəkətına qatılmışdı.

Mirzə Süleyman Şirazi binadan qurucu bir şəxsiyyət idi. O, İsfahanda "Rüknülmülk" adlı məscid tikdirmişdi.

Mirzə Süleyman Şirazi 1914-cü ildə İsfahanda vəfat edib. Məscidi-Rüknülmülkdə dəfn edilib.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ənvər Çingizoğlu, Hacı Mirzə Süleyman xan Xələfbəyi, "Soy" еlmi-kütləvi dərgi, 2011, №7, səh.85-87.