Mirzə Əbülhəsən xan Şirazi — Vikipediya

Mirzə Əbülhəsən xan Şirazi
Doğum tarixi 1776[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 avqust 1846(1846-08-04)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi (1776-4 avqust 1846) — Qacarlar dövlətinin xarici işlər naziri, şair.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir:

"Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".

Gülüstan müqaviləsinə görə, İrəvanNaxçıvan xanlıqları İrana verilib. Gülüstan və Türkmənçay müqavilələlərinin heç birində Azərbaycanın adı çəkilməyib.

Mirzə Əbülhəsən xan Şirazi şair idi. Tair təxəllüsü ilə şeir yazırdı.

Mirzə Əbülhəsən xan Şirazi 1846-cı ildə vəfat edib.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Abū al-Ḥasan Khān // Faceted Application of Subject Terminology.
  2. Bibliothèque nationale de France Mirza Abdul Hassan Khan // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.