Mirqəzənfər İbrahimov — Vikipediya

Mirqəzənfər İbrahimov
Qafqazın XI şeyxülislamı
1978 – 1979
ƏvvəlkiƏliağa Süleymanzadə
SonrakıAllahşükür Paşazadə
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 1979
Vəfat yeri
Dini şiəlik

Axund Mirqəzənfər İbrahimov (1909, Bakı1979, Bakı) — Qafqaz müsəlmanlarının XI Şeyxülislamı. Ali dini təhsil almayan yeganə şeyxülislamdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olmuşdur. Gəncliyində daha çox dünyəvi elmlərə meyl etmiş, gənc yaşlarında bir müddət polis orqanlarında çalışmışdır. Daha sonralar Şeyxülislam Əliağa Süleymanzadənin qəbulunda olmuş, onun yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq etmiş, sonralar isə Gəncə məscidinə axund göndərilmişdir. Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini vəzifəsində çalışmışdir. Molla Əliağa Süleymanzadənin vəfatından sonra 1976-cı ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmamışdır. Axund Mirqəzənfər İbrahimovun namizədliyi irəli sürülür və 1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri — şeyxülislam seçilmişdi.

İdeologiyası[redaktə | mənbəni redaktə et]

Mirqəzənfər İbrahimov Marksizm-Leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, Sovet dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin "İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur" prinsipi ilə eyniləşdirirdi.[1] Onun fikrincə, sovet xalqları o halda mehriban qonşuluq şəraitində yaşaya bilərlər ki, hamılıqla İslam dinini qəbul etsinlər. Onun düşüncələrinə görə yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur. O iddia edirdi ki, İslam dini bəşəriyyətə göndərilmiş sonuncu din olduğu üçün bütün dünya millətləri gec-tez bu dini qəbul edəcəklər.[1]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1979-cu ildə vəfat etmişdir və Bakı şəhərində dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]