Mirhəmzə Eminov — Vikipediya

Mirhəmzə Eminov
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1932(1932-06-18)
Doğum yeri
Vəfat tarixi 12 dekabr 1980(1980-12-12) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti tütünçü
Elmi fəaliyyəti
Elm sahəsi bitkiçilik

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı
Azərbaycan SSR Dövlət mükafatı

Mirhəmzə Mirhəsən oğlu Eminov (18 iyun 1932, Yuxarı Yaycı, Naxçıvan MSSR12 dekabr 1980, Yuxarı Yaycı, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1968), Sosialist Əməyi Qəhrəmanı (1973).[1]

Həyat və əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mirhəmzə Eminov 18 iyun 1932-ci ildə Noraşen rayonu (indiki Şərur rayonu) Yuxarı Yaycı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1958-ci ildə S.Vurğun adına kolxozda başlamış, bu kolxozda kolxozçu, inşaat briqadiri (1959–1960), aqronom (1960–1961) və 1961-ci ildən briqadir işləmişdir. 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1976-cı ildən AKP MK üzvü, SSR Ali Sovetinin (7-ci və 8-ci çağırış) deputatı olmuşdur. 1972-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 dekabr 1973-cü il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı, o cümlədən Lenin ordeni"Qırmızı əmək bayrağı" ordeniləri ilə təltif olunmuşdur. 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. Mirhəmzə Eminov 12 dekabr 1980-ci ildə İliç rayonunda vəfat etmişdir.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 58.
  2. Eminov Mirhəmzə Mirhəsən oğlu// Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.