Mirdaməd Sadıqov — Vikipediya

Mirdaməd Sadıqov
bayraq
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
14 fevral 2013 – 5 mart 2020
ƏvvəlkiNizami Ələkbərov
SonrakıNahid Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1950(1950-09-01)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 2021(2021-01-19) (70 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Mirdaməd Mirsadıq oğlu Sadıqov (1 sentyabr 1950, Lahıc, İsmayıllı rayonu19 yanvar 2021) — iqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013–2020).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957–1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972–1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973–1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.[1]

Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir.[1]

8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir. Daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 8 aprel 1992-ci ildən 27 iyul 1999-cu ilədək kollecin direktoru vəzifəsində çalışmışdır. Mirdaməd Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.[1]

Mirdaməd Sadıqov 1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində "Təhsil meneceri" sahəsində ixtisasartırma kursu keçmişdir. 27 iyul 1999-cu ildən 6 may 2000-ci ilədək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra etmişdir. O, 6 may 2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilmişdir.[1]

Mirdaməd Sadıqov 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etmişdir. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Həmçinin o, 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olmuşdur. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülmüşdür. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışmışdır.[1]

Mirdaməd Sadıqov 21 noyabr 2008-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin vəzifədən azad edilmişdir[1][2].

14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir[1][3].

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mirdaməd Sadıqov ailəlidir, dörd övladı var.

Mükafataları[redaktə | mənbəni redaktə et]

  • 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Əmək rəşadətinə" görə medalı ilə təltif olunmuşdur.
  • 1981-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
  • 2 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.[1]
  • "Şöhrət" ordeni — 9 mart 2020[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  2. "M.M.Sadıqovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  3. "M.M.Sadıqovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  4. "M.M.Sadıqovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-09.