Mip Qiz — Vikipediya

Mip Qiz
nid. Miep Gies
Doğum tarixi 15 fevral 1909(1909-02-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 2010(2010-01-11)[3][1][…] (100 yaşında)
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti yazıçı, müqavimət döyüşçüsü[d]
Mükafatları Grand Decoration of Honour for Services to the Republic of Austria Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany Knight of the Order of Orange-Nassau
miepgies.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mip Qiz (15 fevral 1909[1][2], Vyana[4]11 yanvar 2010[3][1][…]) – Avstriya mənşəli holland yazıçı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1909-cu ildə Vyanada doğulmuş Hermine Miep Santruschitz 11 yaşında olarkən Hollandiyaya köç edir. Dünyanı səyahət edir və antisemitizm mövzusunda konfranslarda çıxış edirdi. 1933-cü ildə Otto Frankın "Opekta" adlı şirkətində işləməyə başladı. 1941-ci ildə nasist quruluşlarına qoşulmağı rədd edərkən, hollandiyalı dostu Jan Qiz ilə evlənərək Avstriyaya göndərilməkdən xilas oldu.

Almanlar Hollandiya yəhudilərini tutub, düşərgələrə göndərməyə başlayanda, Otto Frank Miepdən ailəni gizlətməsini və savaşın sonuna qədər ehtiyaclarını qarşılamağını istədi. Mip Qiz heç tərəddüt etmədi. Qiz ailəsi və köməkçisi olan 4 nəfər Frank ailəsini almanlardan qorumaq üçün çalışdı.

Mip Qiz öz həyatını təhlükəyə atan digər 4 nəfər ilə birlikdə 2 il müddətində Frank ailəsinə kömək etdi.

Almanlar ailəni ilk dəfə polis bölməsinə aparanda,Mip Qiz yenə bir cəsarət örnəyi göstərərək, ailəni sərbəst buraxmaq üçün polis bölməsinə gedərək rüşvət verməyə cəhd etdi. Lakin artıq gecikmişdi. Ailə əvvəlcə Uestbork daha sonra isə Auschwitz düşərgəsinə göndərilmişdi. Mip Qizə kömək edən Viktor Kuqler və Yohann Kleyman,düşərgələrə göndərilsələrdə həyatda qalmağı bacardılar.

Düşərgələrdə bütün ailəsini itirən Otto Frank,yenidən evlənənə qədər, 1952-ci ilə qədər Qiz ailəsi ilə birlikdə yaşadı. Mip Qiz Anna Frankın gündəliyinin çap olunmasında Otto Franka kömək etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Gies Miep (1909 - 2010 ) // The Righteous Among the Nations Database (ing.).
  3. 1 2 http://news.bbc.co.uk/1/hi/world/europe/8453331.stm.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118826204 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.