Mineral gübrələr — Vikipediya

Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır.

Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir.

Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır.

Makroelementlərin içərisində 3 element - azot, fosfor, kalium bitkilərə daha çox miqdarda lazımdır.


Bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlornatrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir.[1]

Mineral gübrələr payızyazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. Gübrələrin orta norması: 30-100 N, 30-60 P2O5 və 45-902 K2O.

Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdə bitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]