Mincivan — Vikipediya

Mincivan
39°01′48″ şm. e. 46°43′07″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 315 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 344 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Mincivan xəritədə
Mincivan
Mincivan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MincivanAzərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.[3]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

İşğal dövrü[redaktə | mənbəni redaktə et]

Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.[5]

Əhali[redaktə | mənbəni redaktə et]

1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı.[6].

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.[7]

1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.[8]

1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.[9]

Milli tərkibi[redaktə | mənbəni redaktə et]

Siyahıyaalma ili 1970[10] 1979[11]
azərbaycan türkləri 4 157 (91,8 %) 3 844 (98,8 %)
ermənilər 219 (4,8 %) 6 (0,2 %)
ruslarukraynalılar 83 (1,8 %) 36 (0,9 %)
digərləri 71 (1,5 %) 3 (0,1 %)
Ümumi 4 530 3 889

Tanınmışlar[redaktə | mənbəni redaktə et]

  1. Elçin Bağırov şəhid,

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.stat-nkr.am/arm/khashatagh/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Mincivan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  5. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941–2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine  (az.)
  6. "Кавказский календарь. Тифлис 1912". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  7. Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 9. Кубатлинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 52–53.
  8. Административное деление АССР. Баку: Издание АзУНХУ. 1933. 100.
  9. "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru. 2006-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  10. "Этнокавказ. Национальный состав населения Зангеланского района по переписи 1970 года". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
  11. "Этнокавказ. Национальный состав населения Зангеланского района по переписи 1979 года". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.