Min Si — Vikipediya

Min Si
çin. 奚梦瑶
Doğum tarixi 8 mart 1989(1989-03-08) (35 yaş)
Doğum yeri
Fəaliyyəti model[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay)[1] – Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır.[2] 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi.[3]

Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır. Bu müsabiqə Elite Model Management tərəfindən təşkil olunan dəb modeli tədbiri idi. Müsabiqədən qısa müddət sonra Givenchy brendi tərəfindən modellik təklifi almış, Givenchy Yüksək Kuturye Şousunda debüt etmişdir.[2] Həmin il beynəlxalq səviyyədə modellik etməyə başlamışdır. 2010-cu ildə Givenchy brendinin payız/qış kampaniyasında yer almış,[4] Mert Alas və Markus Piqqott tərəfindən çəkilmişdir. Si 2011-ci ildə Nyu-York Dəb həftəsinin payız/qış şousuna qatılmış, Şu Pei, Sun FeyfeyLiu Ven kimi digər çinli modellərlə birlikdə çıxış etmişdir.[3]

2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. 2014-cü ildə Maykl Kors Miranda KerrRouzi Hantinqon-Vaytli ilə birlikdə Min Sini də ekstarvaqanzasına dəvət etmişdir.[5] Si Kors və Hantinqton-Vaytli ilə birlikdə Met qalasının qırmızı xalça mərasimində iştirak etmişdir. 2015-ci ildə Balmain moda evinin kreativ direktoru Olivye Rusten onu Alessandra Ambrosio, Adriana Lima, Konstans Yablonski, Teylor Hill, Joan Smolls, Sindi Bruna, Cordan Dann, Karli Kloss, Maqdalena Frontskovyak, Devon VindzorLili Donaldson ilə birlikdə Balmain payız şousuna dəvət etmişdir.[6] 2015-ci ildə Karl Lagerfeld Sini brendinin yeni kampaniyasında iştirak etmək üçün seçmişdir və o, Kendall Cenner ilə Saşa Luss ilə əməkdaşlıq etmişdir.[7]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2019-cu ilin mayında Honkonq-Makao maqnatı Stenli Honun oğlu olan Mario Ho ilə nişanlanmış, iyulda isə evlənmişdir.[8][9] 2019-cu ilin oktyabrında Ronaldo adlı bir oğlu olmuşdur.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Society Management Ming Xi". The Society Management. 18 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: Feb 14, 2015.
  2. 1 2 "Ming Xi". Elite Model Look. 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
  3. 1 2 Lu, Kate. "5 Chinese Models to Watch in 2011". CNN Travel. 2010-12-30. 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  4. "Ming Xi". models.com. 31 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Mar 2015.
  5. Chen, Rachel. "Introducing Ming Xi, One of China's Hottest Top Models Right Now". Audrey. 2014-07-09. 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  6. Yotka, Steff. "Balmain Gives You Wings". style.com. 2015-03-05. 2015-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  7. McCarthy, Emma. "The thing with Ming: the hot Chinese model that might just push Cara Delevingne off the catwalks". London Evening Standard. 2015-02-10. 2015-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  8. "Mario Ho Is Engaged To Supermodel Ming Xi: Here's What You Need To Know" Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine Hong Kong Tatler [15-05-2019]
  9. "Stanley Ho's youngest son marries model Ming Xi, who famously fell on Victoria's Secret catwalk" Arxivləşdirilib 2020-11-07 at the Wayback Machine South China Morning Post [05-07-2019]
  10. "Ming Xi's Instagram" Arxivləşdirilib 2023-07-12 at the Wayback Machine [24-10-2019]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]