Milet — Vikipediya

Milet
Milet
yun. Μίλητος
Teatr, e.ə.III əsr
Teatr, e.ə.III əsr
37°31′52″ şm. e. 27°16′32″ ş. u.
Ölkə
Salınma tarixi e.ə.IV minillik
Dağılma tarixi XV əsr
Müasir yeri Türkiyə, Balat
Milet xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir [2]. Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır [3]. E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır [4]. Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür [5]. "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur[6]. Mikena mətnlərində "Miletlilər" (mi-ra-ti-ja) sözü qeyd olunmuşdur [7].

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Lidiya xəritəsində Milet

Qədim İoniyanın bütün əraziləri arasında Herodot Mileti xüsusi olaraq qeyd edir və onu "İoniyanın mirvarisi" adlandırır [8]. Milet yarımadada yerləşən, sərhədləri şimaldan Herakl körfəzi, qərbdən Egey dənizi, cənubdan Mendel körfəzi, şərqdən Kari dağları ilə əhatələnmiş şəhər olmuşdur. Kiçik Asiyanın Egey dənizinə axan ən gursulu çayı Meandr şəhərin şimal sərhədlərindən keçirdi. Milet şəhərinin yerləşdiyi yarımada yalnız Kari dağlarından keçən dar dağ yolu ilə materiklə bağlanırdı. Bu yolun ən hündür nöqtəsi dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Qrion dağ silsiləsi olmuşdur. Kiçik dağ çaylarının çox olması səbəbindən burada bağçılıqəkinçilik geniş inkişaf etmişdi və bu da ərazidə su və nimf (pəri) kultlarının (totemləri) geniş yayılmasına səbəb olmuşdur[9].

Şəhər həyatının çiçəklənməsi dövründə Milet iki - özünün içqalası olan daxili və xarici hissələrdən ibarət olmuşdur. Lakin hər iki hissə ümumi qala divarları ilə əhatə olunmuşdu. Şəhərin bir neçə limanı olub: Lade, Dromisk, Perne.

Tanınmış nümayəndələri[redaktə | mənbəni redaktə et]

Miletli Fales

Anaksimandr

Anaksimen

Aspaziya

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

360° Virtual Tour at Ancient Miletus

Miletin kosmosdan görüntüsü

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 42
  3. Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 66
  4. Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 46
  5. Гиндин Л. А., Цымбурский В. Л. Гомер и история Восточного Средиземноморья. М., 1996. С.43
  6. Latacz J. Troy and Homer. Oxford UP. 2004. P.298
  7. Молчанов А. А., Нерознак В. П., Шарыпкин С. Я. Памятники древнейшей греческой письменности. М., 1988. С.54
  8. Herodot, I, 142; V, 28.
  9. Кобылина М.М. Милет. — М.: Наука, 1965. — С. 10—14.