Milad markası — Vikipediya

Milad markalarıMilad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.

Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur.

Kanada, 1898

1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir.

Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.

Qalereya[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]