Mikayıllı (Xocalı) — Vikipediya

Mikayıllı
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu

MikayıllıAzərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.

1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.[1]

  1. Mikayıllı (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.