Mikayıl Nəzərov — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Mikayıl Nəzərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Atası | Əziz Nəzərov |
| |
Təltifləri |
Mikayıl Əziz oğlu Nəzərov (d. 1933, Bakı – ö. 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi.
Həyatı[redaktə | mənbəni redaktə et]
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur.
Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mükafatları[redaktə | mənbəni redaktə et]
Mikayıl Nəzərov Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu Ordenləri ilə təltif edilmişdir.