Mikayıl Çamçıyan — Vikipediya

Mikayıl Çamçıyan
erm. Միքայել Չամչյան
Doğum tarixi 4 (15) dekabr 1738
Doğum yeri
Vəfat tarixi 30 noyabr (12 dekabr) 1823 (84 yaşında)
Elm sahəsi tarix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikayıl Çamçıyan (erm. Միքայէլ Չամչեան; 4 (15) dekabr 1738, Konstantinopol30 noyabr (12 dekabr) 1823) — erməni keşişi və tarixçisi. O, daha çox Ermənistan tarixi haqqında üç cilddə hərtərəfli əsər ilə tanınır və bu, nəşr olunduğu gündən alimlər üçün istinad nöqtəsi olaraq qalır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Çamçıyan Osmanlı imperiyasında, İstanbul şəhərində anadan olmuş və imperator zərgəri Mikayıl Çələbi Düzyanın yanında zərgər kimi təhsil almışdır. 1762-ci ildə Venesiyadakı mexitarist icmasına qoşulmuşdur. 1774-cü ildə o, monastırda erməni dili müəllimi təyin edilmişdir. Çamçıyan 1779-cu ildə "Erməni dilinin qrammatikası"nı yazmışdır. 1784-cü ildə o, "Dünyanın başlanğıcından 1784-cü ilə qədər erməni tarixi"ni tamamlamışdır. Əsər romantik erməni milliyətçiliyinin başlanğıcıdır. Çamçıyan eramızdan əvvəl 11 avqust 2492-ci ildən başlayan erməni patriarxlarının xronologiyasını yazmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Panossian, Razmik. The Armenians: From Kings and Priests to Merchants and Commissars. New York: Columbia University Press. 2006. səh. 106. ISBN 9780231511339.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]