Migel de Servantes — Vikipediya

Migel de Servantes
isp. Miguel de Cervantes Saavedra[1]
Doğum tarixi təq. 29 sentyabr 1547[2][3][…]
Doğum yeri
Vəfat tarixi 22 aprel 1616(1616-04-22)[2][3][…] (68 yaşında)
Vəfat yeri
Milliyyəti İspan
Təhsili
Fəaliyyəti roman yazıçısı, dramaturq, şair, söz yazıçısı[d], əsgər, yazıçı, mühasib
İstiqamət manyerizm
Janrlar poeziya, roman, faciə
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Migel de Servantes Saavedra (ispan: [miˈɣel de θeɾˈβantes saaˈβeðɾa]; təq. 29 sentyabr 1547[2][3][…], Alkala-de-Enares[d], Kastiliya krallığı[4]22 aprel 1616[2][3][…], Madrid, Kastiliya krallığı[5]) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər, lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.

1569-cu ildə Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən əsir alınmışdır. Sonralar o Madridə qayıtmışdır.

Onun Kastiliyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat etmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman, 1605-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı", "İtlərin söhbəti", 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazmışdır.

"Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur. Bu əsər nəşr olunduqdan sonra tez bir zamanda böyük şöhrət qazanmış və dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olmuşdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]