Mişkinaz Cavid — Vikipediya

Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı
Digər adı Cavid Mişkinaz
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi
Vəfat yeri Bakı
Həyat yoldaşı
Uşaqları

Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan ş. – 16.11.1976 Bakı) -- Məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.

Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]