Meyci — Vikipediya

Meyci
yap. 明治天皇
3 fevral 1867 – 30 iyul 1912
ƏvvəlkiKomei[d]
SonrakıTayse
Şəxsi məlumatlar
Doğum tarixi 3 noyabr 1852(1852-11-03)[1][2]
Vəfat tarixi 30 iyul 1912(1912-07-30)[1][2] (59 yaşında)
Vəfat səbəbi şəkərli diabet
Sülalə Yaponiya imperator evi
Atası Komei[d]
Uşaqları
Hərbi xidmət
Rütbəsi generalisimus
Çin adı
Era adı Meyci dövrü
Vəfatından sonrakı adı 明治

Təltifləri Bant ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky Müqəddəs Aleksandr Nevski ordeni Qızıl Yun ordeni Knight of the Order of the Golden Fleece Order of the Black Eagle Order of the Redeemer Order of the Rising Sun with Paulownia Flowers, 1st class 1-ci dərəcəli "Doğan günəş" ordeni Collar of the Supreme Order of the Chrysanthemum Grand Cordon of the Supreme Order of the Chrysanthemum "Müqəddəs xəzinə" ordeni Order of Saint Hubert Royal Order of Kamehameha I Serafimlər ordeni Fil ordeni Order of the Most Holy Annunciation Order of Saints Maurice and Lazarus Order of the Royal House of Chakri Knight grand cross of the order of the crown of Italy "Qızıl çərpələng" ordeni Order of the White Falcon Order of the Saxe-Ernestine
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852[1][2]30 iyul 1912[1][2]) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur.

Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar.

Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir.

"Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi. Cənazənin önündə köhnə Yaponiya, arxasında isə yeni Yaponiya gəlirdi[3].

Siyasi islahatları[redaktə | mənbəni redaktə et]

Uğurlu islahatlar dövlət şurası hərəfindən həyata keçirilir. İlk əvvəllər hökumətə üç nazir rəhbərlik edirdi. Sonradan 1885-ci ildə isə qərb sayağı hökumət qurulur. Hökumətin başına isə baş nazır gətirilir[4]. Çevriliş tərəfdarları ilk əvvələr ekstrimistlərdən çəkinirdilər. Yeni liderlər mülklə əlaqədar islahatlar həyata keçirmək istəyirdilər. 1869-cu ildə bir çox daymelər öz topaqlarını imperatora verirlər. Onlar əvvəllər idarə etdikləri daymelərdən qubernatorlara çevrilirlər. Bir müddət sonra isə digər daymelər də bu addımı atmaq məcburiyyətində qalırlar.

İmperator parlamentdə (1890)
(1890)

1871-ci ildə imperatorun əmri ilə ölkədə muxtariyyətlər ləğv edilir və yerində 72 prefektura qurulur. Paytaxt Tokioya köçürülür.

Ölkədə parlamentin olmasına baxmayaraq son söz imperatora aid olmuşdur. O, ölkəyə uzun zaman rəhbərlik etməsinə baxmayaraq hakimiyyətdə cəmi 45 il olmuşdur.

Yaponların çoxu Meyci dövrü ilə fəxr edirlər. Belə ki, Yaponiya bu islahatların sayəsində Sakit okean regionunun dominat ölkəsinə çevrilir. Üstəlik dünyada söz sahibi olurlar. İslahatlarda imperatorun rolu müxtəlif olaraq qiymətləndirilir. Dəqiq şəkildə onun Yaponiya-ÇinRus-yapon müharibələrinin tərəfdarı olub-olmaması bilinmir. Onun şerlərində daha çox pasifistlik hiss edilir. O, daha çox müharibə tərədarı olmayan insan xüsusiyyəti bağışlayırdı.

Ölümü[redaktə | mənbəni redaktə et]

İmperator Diabet, NefritQastroenteritdən əziyyət çəkirdi. Özü isə Umeriyadan vəfat etmişdir. Rəsmi mənbələrdə onun ölümü 30 iyul 1912 ildə saat 00:42 baş verməsi qeyd edilir. Əslində isə ölüm , 29 iyul saat 22:40 baş verir[5][6]. Ölümündən sonra onun Meyci islahatlarında rolu böyük qiymətləndirilmiş. Üstəlik onun və həyat yoldaşı Sakenin tez-tez ziyarət etdiyi bağçada Meyci Cinqu məbədi inşa edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Mutsuhito // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Brozović D., Ladan T. Mutsuhito // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8
  3. http://query.nytimes.com/mem/archive-free/pdf?res=9D05E3DB1F3CE633A25750C1A9669D946396D6CF Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine "The Funeral Ceremonies of Meiji Tenno" reprinted from the Japan Advertiser [Article 8—No Title],] New York Times. 13 October 1912.
  4. Qordon, 2003
  5. Takashi, Fujitani. Splendid monarchy: power and pageantry in modern Japan. University of California Press. 1998. səh. 145. ISBN 978-0-520-21371-5.
  6. "広報 No.589 明治の終幕" (PDF). Sannohe town hall. 2012-11-28 tarixində /589.pdf orijinalından (#bad_url) (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 May 2011. (yap.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]