Meroe — Vikipediya

Meroe
16°56′06″ şm. e. 33°45′02″ ş. u.
Yer Nil çayı, Sudan Sudan
Region Kuş
Tip Yaşayış məntəqəsi
Yer qeydləri
Rəsmi adı: Archaeological Sites of the Island of Meroe
TipiMədəni
Kriteriya(ii), (iii), (vi), (v)
ÖlkəSudan Sudan
RegionAfrika
Meroe xəritədə
Meroe
Meroe
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواهMeruvahمروىMeruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi.

Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-SufraNaqa.[1][2] Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.[3] Səba və ya Seba eponimi isə Xuşun oğullarından birinə verilmişdi.[bax 1] Butana bölgəsinin qərbində və Butananın sərhəddində çox sayda Meroit bölgəsinin olması inkişaf etmiş regionun əsasının qoyulması baxımından əhəmiyyətli idi. Bu yaşayış məntəqələri dövlətin gücünün məskunlaşma üzərində tətbiqini nümayiş etdirir.[4]

Meroe şəhərində üç qrupda toplanmış iki yüzdən çox ehram mövcuddur ki, bunlardan bir çoxu dağıntılar halındadır. Bu ehramlar Nubiya piramidalarının fərqli ölçü və proporsiyalarına malikdirlər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hökmdarın[ölü keçid] barelyefi. Amanitore adlı Meroe kandakası

Meroe, təxminən e.ə. 800 – b.e. 350-ci illərdə Kuş krallığının cənub paytaxtı olmuşdur.[5] Qismən korlanmış Meroit kitabələrinə görə şəhərin adı Medevi ya da Bedevi idi. Qazıntılar Qərb qəbiristanlığı adlanan yaşayış məntəqəsinin yaxınlığında Napata dövrünə (e.ə. 800–280) aid əhəmiyyətli, yüksək rütbəli Kuş dəfnlərinə dair sübutlar aşkar etdi. Meroit dövrünün əvvəlindən, xüsusən Arakamaninin hakimiyyətindən (e.ə. 280) etibarən kral məzarlığı Napatadan (Cəbəl-Barkal) Meroeyə köçürüldükdə şəhərin əhəmiyyəti tədricən artdı. Eramızdan əvvəl V əsrdə Yunan tarixçisi Herodot buranı "böyük bir şəhər … digər Efiopiyalıların ana şəhəri olduğu deyilir." kimi təsvir etmişdir.[6][7] Meroe şəhəri, Nil çayı vadisindəki illik daşqın və Meroit krallığına xas olan dulusçuluq və dəmir istehsalına kömək edən Niger kimi bir çox böyük çay sisteminə qoşulma səbəbi ilə çox böyük əhəmiyyətə sahib olan orta Nil boyunca yerləşirdi.[4]

Romanın Misiri fəth etməsi, Roma hüdudlarından kənarda yerləşən Meroenin sərhəd zərbələri və hücumlarına səbəb oldu. Eramızdan əvvəl 23-cü ildə Misirin Roma valisi Qay Petroni Meroit basqınlarına son qoymaq üçün və Nubianın Misirin cənubuna hücumuna cavab olaraq Nubiyanı işğal etdi. O, geri qayıtmazdan əvvəl bölgənin şimalını qarət etdi və Napatanı geri qaytardı. Nubiyalılar cavab olaraq, Misirin aşağı sərhəddini keçdilər və Misir şəhərlərindən bir çox heykəl (digər şeylər arasında) talan etdilər. Roma qüvvələri sonradan heykəllərin bir çoxunu geri aldı, digərləri isə Avqust və kral Amanirena arasında imzalanan sülh müqaviləsindən sonra geri qaytarıldı. İmperator Avqustun heykəlindən talan edilmiş baş məbədin pilləkənləri altında basıdırılmışdı və indi Britaniya Muzeyində saxlanılır.[8]

Roma ilə Meroe arasındakı növbəti qeyd edilmiş əlaqə eramızın 61-ci ilin payızında baş vermişdir. İmperator Neron, bir tribunanın və iki senturionun rəhbərlik etdiyi, imperator əsgərlərindən ibarət bir qrupu bu ölkəyə göndərdi. Onlar, Meroe şəhərinə çatdılar və Sudd bataqlıqlarına rast gələnə qədər Ağ Nilə boyunca yollarına dəvam etdilər. Bu hadisə Romanın Afrika qitəsindəki sərhəddini qeyd etdi.[9]

Sivilizasiya[redaktə | mənbəni redaktə et]

Pyramids[ölü keçid] of Meroe — Northern Cemetery
Meroe ehramları – Şimal qəbiristanlığı

Meroe, sərvəti dəmir sənayesi, habelə HindistanÇinin iştirak etdiyi beynəlxalq ticarət üzərində mərkəzləşmiş, inkişaf edən bir krallığın mərkəzi idi.[10] Meroedəki metal emalının, kürə və domna peçi vasitəsilə davam etdirildiyi güman edilir.[11] Arçibald Seys, şəhərin, geniş dəmir istehsalı və ticarəti ilə əlaqədar olaraq "Afrikanın Birminhemi" adlandırıldığını bildirilmişdir.[12]

Meroit imperiyası daxilində istehsalın mərkəzləşdirilmiş nəzarəti və müəyyən sənətkarlıq və istehsal sahələrinin bölgüsü, dəmir sənayesi və dulusçuluğun ən böyük diqqəti qazanması ilə siyasi baxımdan əhəmiyyətli olmuş ola bilər. Daimi və az daimi kənd təsərrüfatına uyğun yaşayış məntəqələri ilə savanna mühitinə uyğunlaşdırılmış Meroit yaşayış məntəqələri, yağıntılı ərazilərin istismarına və savannaya uyğunlaşmış yaşayış formalarına aid edilə bilər.[4]

O dövrdə dəmir dünyanın ən vacib metallarından biri idi və Meroit dəmirçiləri dünyanın ən yaxşılarından idi. Meroe həmçinin, tekstil və zərgərlik məhsulları da ixrac edirdi. Onların toxuculuqları pambıq üzərində qurulmuşdu və bu məhsul üzərində işləmək Nubiyada, e.ə. 400-cü illər ətrafında ən yüksək nailiyyətə çatmışdı. Bundan əlavə, Nubiya qızılla çox zəngin idi. Misirdə qızıl mənasını verən nub sözünün Nubiya adının mənbəyi olması mümkündür. Afrikanın daha cənubundan gələn "ekzotik" heyvanların ticarəti də onların iqtisadiyyatının başqa bir xüsusiyyəti idi.

Meroit[ölü keçid] yazısı

Dəmir ticarətindən başqa, dulusçuluq da Meroe krallığında geniş yayılmış və məşhur bir sənaye idi. Zərif və işləməmli əşyaların istehsalı orta nildə güclü bir ənənə idi. Bu cür məhsulların böyük ictimai əhəmiyyət daşıdığına və dəfn mərasimlərində istifadə edildiyinə inanılır. Meroit imperiyasına gətirilən malların uzun tarixi və sonrakı paylanması Meroit dövlətinin ictimai və siyasi işlərinə fikir verir. İstehsalın başlıca müəyyənedicisi torpaqla əlaqəli siyasi gücdən daha çox işçi qüvvəsinin olması ilə əlaqələndirildi. Hakimiyyət əraziyə yox, insanların idarə olunması ilə əlaqəli idi.[4]

Meroit imperiyasına gətirilən malların uzun tarixi və sonrakı bölüşdürülməsi Meroit dövlətinin ictimai və siyasi işləri ilə bağlı fikirlər təqdim edir. İstehsalın başlıca müəyyənedicisi torpaqla əlaqəli siyasi gücdən daha çox işçi qüvvəsinin olması ilə əlaqələndirilmişdir. Hakimiyyət ərazi ilə yox, insanların idarə olunması ilə əlaqəli idi.[4]

Misir idxalı çarxlı süni suvarma qurğusu olan çiqir, suyu daşımaqla bərabər, məhsuldarlığı artırmaq üçün suvarmada da istifadə edilirdi.[13]

Krallığın ən yüksək zirvəsində Meroe hökmdarları Nil Vadisini şimaldan cənuba, 1000 km-dən çox məsafədəki bir əraziyə nəzarət etdilər.[14]

Meroe kralı, səlahiyyətlərini yalnız Kraliça Ana və ya bacısı olan Kandake ilə bölüşən avtokrat bir hökmdar idi. Bununla birlikdə Kraliça Ananın rolu hələ də qaranlıq qalır. İdarəetməni təşkil edən şəxslər arasında xəzinədarlar, möhür daşıyıcıları, arxiv müdirləri və baş katiblər də var idi.

Meroe xalqının Apedemak (və ya bölgədən asılı olaraq Bast) kimi cənub tanrıları da olsa da, həmçinin, özləri ilə gətirdikləri qədim Misir tanrılarına da ibadət etməyə davam edirdilər. Bu tanrılar arasında daha az olmasına baxmayaraq Amon, Tefnut, Hor, İsida, Tot və Satis də var idi.

Krallığın digər Nil Vadisi dövlətləri ilə xarici ticarətinin çökməsi, eramızın 3-cü və 4-cü əsrlərində kral hakimiyyətinin azalması və Meroit dövlətinin dağılmasının əsas səbəblərindən biri hesab edilə bilər.[4]

Ümumdünya irsi[redaktə | mənbəni redaktə et]

Meroenin arxeoloji obyektləri, 2011-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Archaeological Sites of the Island of Meroe". UNESCO World Heritage Centre. United Nations Educational, Scientific and Cultural Organization (UNESCO). 15 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2020.
  2. Elkhair, Osman; Ali, Imad-eldin. "Ancient Meroe Site: Naqa and Musawwarat es-Sufra". Ancient Sudan–Kush. Ancientsudan.org. 9 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2012.
  3. Josephus, Titus Flavius, Antiquities of the Jews, Book 2, Chapter 10, Section 2, Paragraphs 245-247 and 249, 2020-05-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-08-05
  4. 1 2 3 4 5 6 Edwards, David N. "Meroe and the Sudanic Kingdoms". The Journal of African History. 39 (2). 1998: 175–193. doi:10.1017/S0021853797007172. JSTOR 183595.
  5. Török, László. The Kingdom of Kush: Handbook of the Napatan-Meroitic Civilization. Handbuch der Orientalistik. Erste Abteilung, Nahe und der Mittlere Osten. 31. Leiden: Brill. 1997. ISBN 90-04-10448-8. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  6. Herodot. Herodotus. Translated by J. Enoch Powell. Enox Pauell tərəfindən tərcümə olunub. Oksford: Clarendon Press. 1949. 121–122. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  7. Connah, Graham. African Civilizations: Precolonial Cities and States in Tropical Africa: An Archaeological Perspective. Cambridge University Press. 1987. səh. 24. ISBN 978-0-521-26666-6. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  8. "Bronze head of Augustus". Britaniya muzeyi. 1999. 10 fevral 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2008.
  9. Kirwan, L.P. "Rome beyond The Southern Egyptian Frontier". The Geographical Journal. London: Royal Geographical Society, with the Institute of British Geographers. 123 (1). 1957: 13–19. doi:10.2307/1790717. JSTOR 1790717.
  10. Stofferahn, Steven; Wood, Sarah, Rauh, Nicholas K. (redaktor ), Lecture 30: Ancient Africa [CLCS 181: Classical World Civilizations] (student lecture notes), West Lafayette, IN: Purdue University, School of Languages and Cultures, 2016 [2003], 2021-09-22 tarixində arxivləşdirilib, İstifadə tarixi: 28 fevral, 2017
  11. Humphris, Jane; Charlton, Michael F.; Keen, Jake; Sauder, Lee; Alshishani, Fareed. "Iron Smelting in Sudan: Experimental Archaeology at The Royal City of Meroe". Journal of Field Archaeology. 43 (5). 2018: 399. doi:10.1080/00934690.2018.1479085. ISSN 0093-4690.
  12. Hakem, A.A.; Hrbek, I.; Vercoutter, J. The Civilization of Napata and Meroe // Mokhtar, G. (redaktor ). Ancient Civilizations of Africa. General History of Africa. II. Paris/London/Berkeley, CA: UNESCO/Heinemann/University of California Press. 1981. 298–325, esp. 312f. ISBN 0435948059. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05UNESCO vasitəsilə.
  13. Berney, K. A.; Ring, Trudy, redaktorlar International Dictionary of Historic Places. Vol. 4: Middle East and Africa. Fitzroy Dearborn. 1996. səh. 506. ISBN 978-1-884964-03-9. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  14. Adams, William Yewdale. Nubia: Corridor to Africa. Princeton University Press. 1977. səh. 302. ISBN 978-0-691-09370-3. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.

Əlavə oxu[redaktə | mənbəni redaktə et]

  • Bianchi, Steven. The Nubians: People of the ancient Nile. Brookfield, Conn.: Millbrook Press. 1994. ISBN 1-56294-356-1.
  • Davidson, Basil. Africa, History of A Continent. London: Weidenfeld & Nicolson. 1966. 41–58.
  • Shinnie, P. L. Meroe, a civilization of Sudan. Ancient People and Places. 55. London/New York: Thames and Hudson. 1967.