Mərdinli məhəlləsi — Vikipediya

Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəlləri

Mərdinli məhəlləsiŞuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri.[1] Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, DədəliMerdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir.

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır.

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Mərdinli məhəlləsində Şirinsu hamamından görünüş

Mərdinli məhəlləsi çox güman ki, Rasta bazarı ilə paralel uzanan köndələn küçənin şərq hissəsinin genişləndirilməsi nəticəsində yaranıb. Bu geniş düzbucaqlı kvadratın kompozisiya dominantı bir metr hündürlüyündə zirzəmiyə söykənən və qərbə istiqamətlənmiş məsciddir.[2] Küçənin şərq tərəfində qırmızı tikili xəttinin şərqində yaxınlıqdakı evlərin, binalarının dərinliyinə qədər girinti ilə tikilmişdir. Beləliklə, bu ərazi cənubdan və şimaldan qonşu binaların yan fasadları ilə məhdudlaşır.[2] Şərq tərəfdə meydan sərhədinin dörddəbiri məsciddir, onun bütün əsas fasadı daş səkkizguşəli sütunlar üzərində giriş yarımdairəvi arkada şəklində cəlbedici, plastik dizaynlı daş eyvanla bəzədilmişdir. Təəssüf ki, salınan bu arka məscidin, eləcə də meydanın dörddəbirinin bütün ansamblının memarlığının ifadəliliyini əhəmiyyətli dərəcədə azaldır. Meydanın mərkəzində yerləşən hündür ağac və alçaq daş sütun formasında kiçik bulaq Ordubad məhəllə meydanının səciyyəvi ansamblını xatırladaraq bu ansambla kompozisiya tamlığı verir.[3] Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsibəyovun Xan qızı Xurşidbanu Natəvanla birgə inşa etdirdikləri Şuşanın onuncu və onbirinci hamamları da məhz Mərdinli məhəlləsindədir.[4] 18708–1880-ci illərdə yenə də Xurşidbanu Natəvan tərəfindən tikdirilmiş Şuşanın 17-ci, memarlıq cəhətdən başqalarından köklü surətdə fərqlənən Şirin su hamamı da Mərdinli məhəlləsi Bazar Başında yerləşirdi.[4]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 25 iyun 2022.
  • "Şuşanın məşhur məhəllələri". www.azerbaijan-news.az. İstifadə tarixi: 25 iyun 2022.
  • "Qədim Şuşa məhəllələri". www.yeniazerbaycan.com. İstifadə tarixi: 25 iyun 2022.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yunis Hüseynov. Qarabağ tarixi mənbələrdə (PDF). Bakı: Şuşa nəşriyyatı. 2012. səh. 76. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
  2. 2,0 2,1 Элтуран Авалов. Архитектура города Шуши. Баку: "Элм". 1977. səh. 110.
  3. Авалов, 1977. səh. 73
  4. 4,0 4,1 Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Gülhüseyn Kazımlı, Bülbülcan, Bakı, 2016.
  • Ənvər Çingizoğlu, Şuşa şəhəri(1750–1850), Bakı,"Şuşa", 2009,
  • Элтуран Авалов, Архитектура города Шуши, Баку, "Элм", 1977