Meksika erməniləri — Vikipediya

Meksika inqilabında iştirak etmiş erməni terrorçu Akop Harotiyan.

Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır.

Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.

Ölkədə qalan ermənilər paytaxt Mexiko şəhəri yaxınlığında yerləşən La Merced səmtində ticarətlə məşğul idilər. Latın Amerikasında yerləşən digər erməni icmalarına nəzərən Meksika ermənilərinin sayının az olması səbəbindən hər hansısa kilsə və ya məktəb yaradılmadı və bu fakt nəticəsində icma daxilində sürətli assimiliyasiya prosesi başladı. Bu gün Meksikada yaşayan erməni əsilli şəxslərin sayı 400–500 civarındadır və icmanı təmsil edəcək heç bir önəmli təşkilat fəaliyyət göstərmir.