Mehman Ələkbərov — Vikipediya

Mehman Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Atası Ələkbər Ələkbərov
Təhsili
Hərbi fəaliyyəti
Döyüşlər

Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957[1], Kirovabad4 iyun 1993, Gəncə) — Gəncə özünümüdafiə batalyonunun komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.[2]

Həyatı və hərbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini,[2] sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.[3]

1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov[3] batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.[2]

Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.[2]

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://1.bp.blogspot.com/-s5lnABX9NtU/VZgLB6kkU3I/AAAAAAAAAHw/Je2BEgEsGTE/s1600/mehman.jpg.
  2. 2,0 2,1 2,2 2,3 2,4 vetenperver.net. "GƏNCƏ BATALYONUN ƏFSANƏVİ KOMANDİRİ MEHMAN ƏLƏKBƏROV KİM OLUB ?" (az.). ANAR MƏMƏDXANOV. 1 yanvar, 2013. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
  3. 3,0 3,1 www.bizimyol.info. "Gəncə batalyonunun "Malış" ləqəbli döyüşçüsünün həyat hekayəsi" (az.). Nofəl Salmanov. 12/12/2015. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]