Mehdiqulu bəy Cığatay — Vikipediya

Mehdiqulu bəy Cığatay
fars. مهدی قلی بیگ
Aegidius Sadeler tərəfindən 1605-ci ildə çəkilmiş Mehdiqulu bəyin portreti.
Aegidius Sadeler tərəfindən 1605-ci ildə çəkilmiş Mehdiqulu bəyin portreti.
Doğum tarixi Bilinmir
Doğum yeri Xorasan, Səfəvi imperiyası
Vəfat tarixi
Vəfat yeri Səfəvi imperiyası
Vətəndaşlığı Səfəvi imperiyası
İxtisası Diplomatiya
Fəaliyyəti diplomat
Tanınır Səfəvi imperiyasının Müqəddəs Roma imperiyasıRusiya çarlığına göndərilmiş diplomatik heyətin rəhbəri.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir.

Diplomatik missiyaları[redaktə | mənbəni redaktə et]

1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi. Mehdiqulu bəy və fon der Jabel Rusiyanı Müqəddəs Roma imperiyasına getmək üçün tərk etdilər və 1605-ci ilin 8 yanvarında Praqaya çatdılar. II Rudolf Müqəddəs Roma imperiyası, Rusiya çarlığı və Səfəvi imperiyası arasında üçlü ittifaqla razılaşdığını bildirdi və söz verdi ki, Osmanlı imperiyasına qərbdən hücum edəcəkdir. Lakin bu baş tutmadı.[1][2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mahdavi, 2014. səh. 57
  2. Fisher, 1986. səh. 387

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Abdulreza Hushang Mahdavi. History of Iran's Foreign Politics (in Persian). Tehran. 2014.
  • William Bayne Fisher. The Cambridge History of Iran. 6. Cambridge: Cambridge University Press. 1986. ISBN 978-0521200943.