Maymun ibn Əhməd — Vikipediya

I Maymun
Dərbəndin VIII əmiri [1]
979 – 997
ƏvvəlkiƏhməd ibn Əbdülmalik
SonrakıMəhəmməd ibn Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dərbənd
Vəfat tarixi
Vəfat yeri Dərbənd
Milliyyəti ərəb
Atası Əhməd ibn Əbdülmalik
Uşaqları Ləşkəri ibn Maymun
Əbu Nəsr ibn Maymun
Mənsur ibn Maymun

I Maymun - Dərbənd Haşimiləri sülaləsindən olan altıncı müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə səkkizincidir.[2]

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Atasının ölümündən sonra əmir olmuşdu. Taxta çıxanda 20 yaşı vardı. Hakimiyyəti zəif idi, bütün güc rəislərin əlində toplanmışdı. Buna görə 987-ci ildə rusları Dərbəndə köməyə çağıran əmir, onların köməyi ilə əsirlikdən azad oldu. 989-cu ildə Gilanlı bir dərviş olan Musa ət-Tutzi Dərbəndə gəldi və öz dini ideyalarını yaymağa başladı. Əmir Maymun belə şərab içməyə tövbə etmişdi. Dərviş gedərək güclənirdi. Bir gün dərviş əmirdən öz rus qulamlarına islamı qəbul etdirməsini yaxud öldürülmələrini tələb etdi, əmir imtina etdikdən sonra dərviş xalqı 990-cı ildə üsyana qaldırdı, əmir qalaya sığınmağa məcbur oldu. 28 günlük mühasirədən sonra əmir sağ qalması şərtilə təslim oldu və qulamları ilə Tabasarana qaçdı. Dərviş isə şəhəri Şirvanşah Məhəmməd ibn Əhmədə təqdim etdi. Şirvanşah 991-ci ildə öldü və Maymun bir daha şəhəri tutsa da, yenə qaçmalı oldu. 992-ci ildə bir daha hücum edən Maymun bu dəfə taxtadan hazırlanmış Dəməşq qapısını yandırdı. 993-cü ildə bir daha hücum edən Maymun bu dəfə Şirvanşahın tikdirdiyi Əs-sür əl-vəstani divarını dağıtdı. Həmin il yandırılmış Dəməşq qapısınıFələstin qapısını bu dəfə dəmirdən tökdürərək bərpa etdirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi, səh 44
  2. V.Minorski -Şirvan və Dərbənd tarixi