Mayls Keyn — Vikipediya

Mayls Keyn
ing. Miles Kane
Ümumi məlumatlar
Doğum adı Mayls Piter Keyn
Doğum tarixi (38 yaş)
Doğum yeri Birkenhed, Mersisayd, İngiltərə
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2004-cü ildən
Janr indi-rok
Musiqi alətləri Gitara, bas-gitara, saksofon, piano
Albom şirkətləri Columbia, Domino, Virgin EMI
Üzvlüyü
mileskane.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayls Piter Keyn (17 mart 1986[1][2], Liverpul) — The Last Shadow Puppets qrupunun üzvü kimi tanınan ingilis musiqiçi. O həmçinin 2009-cu ilin avqustunda dağılan The Rascals qrupunun solisti idi.[3]

Keyn hazırda Arctic Monkeys qrupunun solisti Aleks Törner ilə birlikdə qurduğu The Last Shadow Puppets qrupunun üzvüdür, onların ilk albomu The Age of the Understatement 2008-ci ildə, ikinci albomları Everyhting You've Come to Expect isə 2016-cl ildə buraxılıb. Keynin solo debüt albomu Colour of the Trap 9 may 2011-ci ildə, ikinci albomu Don't Forget Who You Are isə 3 iyun 2013-cü ildə yayımlanıb.[4] Onun üçüncü albomu Coup De Grace 10 avqust 2018-ci ildə Virgin EMI səsyazma şirkəti vasitəsilə buraxılıb. Keynin sonuncu buraxılışı Change the Show 21 yanvar 2022-ci ildə işıq üzü görüb.

Həyatı[redaktə | mənbəni redaktə et]

Keyn Virral yarımasasında yerləşən Birkenheddə yeganə uşaq olaraq dünyaya gəlib, Meolsda boya başa çatıb.[5] Uşaq vaxtlarında gitara çalmağı öyrənməzdən əvvəl saksafon ifa edə bilirdi. Onun dayısı uşaqları Ceyms və Yan Skelli The Coral qrupunun qurucularıdır və Keynə böyük ilham mənbəyi olublar.[6]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Keyn Liverpuk FK-nun dəstəkçisidir, 20 yaşlarına kimi Mançester Yunayted klubunun izləyicisi olub.[7] Keyn həmçinin Everton və İngiltərə milli futbol komandasının keçmiş oyunçusu Leyton Beyns ilə yaxın dostdur.[8]

2015-ci ildə o, GQ-nun 50 ən yaxşı geyinən britaniyalı kişilərindən biri seçilib.[9]

2016-cı ildə Keyn incitdiyi qadın jurnalistdən üzr istəyib.[10] Keyn SPIN musiqi internet saytından jurnalist Reyçel Brodski ilə müsahibədə ən son Last Shadow Puppets albomunu tanıtdırarkən ondan "yuxarıya çıxmaq" istəyib-istəmədiyini soruşmuşdu.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Deutsche Nationalbibliothek Record #1019111720 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Miles Kane // Discogs (ing.). 2000.
  3. "Rascals Singer Quits". Teletext.co.uk. 5 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 March 2015.
  4. "Miles Kane, 'Don't Forget Who You Are'". NME. 21 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2015.
  5. Shaitly, Shahesta. "Indie rocker Miles Kane and his mother Pauline on their special relationship". London: theguardian.co.uk. 10 March 2013. 25 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2013.
  6. Fred Perry, Miles Kane in conversation with Rhys Webb, 1 November 2017, 2021-12-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 31 August 2018
  7. "Liverpool fan Miles Kane confesses to a skeleton in his closet, along with the rest of his Football Firsts". Skysports.com. 28 January 2011. 8 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2013.
  8. Adam Jacques. "How We Met: Leighton Baines & Miles Kane – Profiles – People". The Independent. London, UK. 14 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2015.
  9. "50 Best Dressed Men in Britain 2015". GQ. 16 March 2015. 7 January 2015 tarixində orijinalından arxivləşdirilib.
  10. Renshaw, David. "Miles Kane apologises after 'ill judged' behaviour in interview with female journalist". NME (ingilis). 2016-03-09. 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  11. Dean, Sam; Pocklington, Rebecca. "Miles Kane forced to apologise after propositioning female journalist". mirror (ingilis). 2016-03-10. 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]