Mayk Braun — Vikipediya

Mayk Braun
ing. Michael E. Brown
Doğum tarixi 5 iyun 1965(1965-06-05) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahəsi Astronomiya
İş yeri Kaliforniya Texnologiya İnstitutu
Təhsili
Tanınmış yetirmələri Adam Burqesir, Jan-Luk Marqot, Çad Trucillo, Mark Kuçner, Antonin Buçez, Emili Şelr, Darin Raqozzine, Meqan Şvamb
Tanınır Erida və bir sıra Neptunxarici cisimin kəşfi
Üzvlüyü
Mükafatları Dövrün 100 ilham verici insanlarından biri (2006)
Feynman mükafatı (2007)
Kavli astrofizika mükafatı (2012).
web.gps.caltech.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayk Braun (ing. Michael E. Brown; 5 iyun 1965, Hantsvill, Alabama[2]) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur.

Gənclik illəri və təhsili[redaktə | mənbəni redaktə et]

Mayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür. Berkli Kaliforniya Universitetində tədqiqatlarda iştirak etdi və burada astronomiya ilə bağlı magistr dərəcəsini qazandı. Doktorluq dərəcəsini də astronomiya sahəsində tamamlamışdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

“Mən Plutonu necə öldürdüm və nə üçün bu qaçınılmaz idi”

Kəşfləri[redaktə | mənbəni redaktə et]

Mayk Braun Günəş ətrafında hərəkət edən uzaq cisimlərlə bağlı yazdığı məqalələri ilə tanınır. Komandası ilə birlikdə bir çox Neptunxarici cisim kəşf etmişdir. Bunlardan ən önəmliləri Erida və onun peyki olan Disnomiyadır. Mayk Braun həmkarı Konstantin Bariginlə birlikdə Koyper qurşağındakı cisimlərin hərəkətlərini müşahidə edərək kəşf edilməmiş Doqquzuncu Planetin olması fərziyyəsini ortaya atmışdılar.[3][4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 NNDB (ing.). 2002.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #1023506793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Astronomers say a Neptune-sized planet lurks beyond Pluto". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  4. "EVIDENCE FOR A DISTANT GIANT PLANET IN THE SOLAR SYSTEM". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]