Maxis — Vikipediya

Maxis
Şirkətin bağlanmamışdan öncə son loqotipi
Ümumi məlumatlar
Tipi Qapalı səhmdar cəmiyyəti
Sənaye Videooyun sənayesi
Məhsulu Videooyunlar
Təsis tarixi 1987
Baş qərargahın yeri ABŞ Redvud-Siti, San-Mateo, Kaliforniya
Struktur
Ana şirkət Electronic Arts (1997–h.h)
Rəhbərlik
Təsisçilər Vill Rayt
Ceff Braun
Maxis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MaxisElectronic Arts şirkətinə məxsus amerikan videooyun şirkətidir. 1987-ci ildə Maxis Software olaraq qurulmuş və sonradan Maxis kimi tanınmışdır.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Şirkətin təsisçiləri Vill Rayt və Ceff Braun olmuşdur. Əsas studiyası Kaliforniyanın Redvud-Siti şəhərində yerləşir. Maxis, 1997-ci ildə Electronic Arts tərəfindən satın alınmış və onun bir törəməsi olmuşdur. 90-cı illərin ilk yarısında şirkət, The Sims seriyasının oyunları sayəsində məşhurlaşmışdır. Şirkətin ən uğurlu məhsulu sonrakı oyun paketləri və oyunlar olan Spore, SimCity və The Sims oyunları idi.

Bağlanma[redaktə | mənbəni redaktə et]

Maxis studiyası 4 mart 2015-ci ildə EA tərəfindən bağlanmışdır. Bu studiya isə məhz The Sims, SimCity və Spore kimi oyunlar üzərində ixtisaslaşmışdı.[1][2][3]

" Bu gün, Redvud-Şros, Duz Leyk Siti, Helsinki və Melburndakı studiyalarımız da daxil olmaqla, əsas Emervill studiyalarını bağlayırıq. Maxis, The Sims və SimCity oyunçuları üçün yeni məhsulları dəstəkləməyə və inkişaf etdirməyə davam edəcək. Hal-hazırda yeni platformalar araşdırılaraq, digər platformalarla qarşılıqlı əlaqəli oyunlar yaradılacaq. Bu dəyişikliklər The Sims ilə bağlı planlarımıza təsir etməyəcəkdir.
Electronic Arts sözcüsü Vill Rayt
"

Məhsullar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "EA Shuts Down SimCity Developer Maxis". Kotaku (ingilis). 2015-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  2. Yin-Poole, Wesley. "EA shuts down Spore and SimCity developer Maxis". Eurogamer (ingilis). 4 mart 2015. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  3. Kain, Erik. "'SimCity' Developer Shut Down By EA". Forbes (ingilis). 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]